Narkotik Maddələr İnsanları Necə Bərbad Vəziyyətə Salır?
Narkotik maddələri insanlar müxtəlif əsaslarla qəbul edirlər. Əksər hissəsinin də bu maddələri qəbul etməsi üçün öz nəzərlərində tutarlı bir əsası olur. Bəziləri ailə daxili münaqişənin, bəziləri ona qarşı cəmiyyətdəki aqressiv münasibətin, bəziləri guya xəstəliyinin qarşısının almasının, bəziləri ağrılarının azalmasının, bəziləri də sadəcə keflənmək üçün ondan istifadə edirlər. Ancaq hansı əsasla narkotik maddələrdən istifadə olunursa olunsun insan sağlamlığını məhv etdiyi artıq hər kəsə məlumdur. Narkotik maddələrdən istifadə sadəcə insanların daxilini parçalamır, məhv etmir, eyni zamanda insanların xarici görünüşlərində də ciddi dəyişikliyə, deformasiyaya gətirib çıxarır. Məlum olduğu kimi də, əksər hallarda da bu maddələrdən istifadənin sonu ölümlə nəticələnir. Əgər övladınız varsa, təkcə bunu fikirləşmək lazımdır ki, narkotik maddələrdən istifadə sizin orqanizminizi ən qısa zamanda məhv edəcək və övladınız da sizin yavaş-yavaş ölümünüzə şahidlik edəcək!!!
56 Şəkil
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...