Çində Ekoloji Çirklənmənin Səviyyəsi və Buradakı İnsanların Həyatı
Şəkillərin müəllifi Çindən olan China Lu Gang adlı fotoqrafdır. Şəkilləri çəkərkən heç düşünməmişdi ki, bu şəkillər ona böyük şöhrət qazandıracaq. Tək məqsədi Çindəki ekoloji vəziyyəti, durumu beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bu şəkillər isə ona 14 oktaybr, 2009-cu ildə məhşurluq gətirməklə bərabər, həm də 30.000$ mükafat qazandırdı...
Çin dünyada ən çox insanın yaşadığı dövlətdir. Təbii ki, çox insanın olduğu yerdə çox da problemin olması labüddür. Hər baxımdan; istər iqtisadi, istər siyasi, istər mədəni, istər sosial, istərsə də ekoloji sahədə problemlər mövcuddur Çində. Bu siyahını xeyli uzatmaq da olar. Çindəki digər problemlərlə bərabər xüsusi vurğulanmalı olan onun ekoloji vəziyyətidir. Hazırda Çin dünyaya ən çox mal ixrac edən dövlət hesab edilir. Əlbəttə bu məhsulların çox hissəsi xüsusu fabriklərdə, zavodlarda və s. müəssisələrdə hazırlanır. Onların hazırlanmasına və istehsalına isə milyonlarca insan cəlb olunur. Əmək sahəsində də ciddi rəqabət gedir. Hər işəgötürən çalışır ki, minimum əmək haqqı ilə ona lazım olan işləri gördürsün. İnsanlar çox olduğundan məcbur olurlar çox vaxt ən aşağı məbləğdə əmək haqqına belə razı olub ən ağır şəraitlərdə işləyirlər. Qazancları isə onların günlük tələbatlarını ancaq ödəyə bilir. Üstəlik burada onlar həyat və sağlamlıqlarını da itirirlər. Dəfələrlə yəqin ki siz də kütləvi informasiya vasitələrində Çində xeyli insanların öz əmək fəaliyyətlərini yerinə yetirən zaman həlak olduğu barədə məlumatları oxumusunuz. Bəli, bunun bir nömrəli səbəbi, əksəriyyət müəssisələrdə əməyin bərbad vəziyyətdə təşkil olunmasıdır. Ekoloji vəziyyətin istehsalatın hesabına arzuolunmaz hala düşməsi flora və faunanı bərbad duruma gətirməklə yanaşı, insanların sağlamlığına da olduqca pis təsir göstərir. Buna görə də hər il Çində minlərcə ciddi fiziki qüsurları olan uşaqlar doğulur. Ekologiyaya vurulan ziyanı öz gözünüzlə görün. Hər şəklin üstündə ingiliscə izahı da verilmişdir, ingiliscə bilənlər üçün maraqlı olacaqdır deyə düşündüm!
40 Şəkil
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...