2013/12/07

Rusiyada Həbsxanada Gözəllik Yarışması (28 Şəkil)

Rusiyada həbsxanalardan birində gözəllik yarışması

2013-ün Ən Yaxşı Şəkilləri

Dünyanın müxtəlif yerlərində çəkilmiş və National Geographic tərəfindən ilin ən gözəl şəkilləri adını qazanmış fotolar...

Yeni İlə Bəzədilmiş Ev (8 Şəkil)

Xristianlar üçün Yeni ilin yeri başqadı. Bəlkə də bütün il boyu etmədikləri qədər alış-verişi Yeni il ərəfəsində edirlər. Elə bir normal imkana malik olan xristian tapılmasın ki, o, Yeni ildə pul xərcləməsin. Hətta xeyli pul sərf edib Yeni il şərəfinə hər tərəfi rəngli işıqlarla bəzəyənlər belə olur. Şəkildəki ev bir-birindən rəngli, bəzəkli işıqlarla əhatə olunmuşdur. Yeri gəlmişkən, onun bir saatına sərf etdiyi elektrik xərcini, bəlkə biz bir ay ərzində ödəmirik. Bayram əhval-ruhiyyəsi budur...

Amerikan Əsgəri və Əfqan Polisi (Müqayisə)

Söz yox ki, Amerikan əsgəri əfqan polisindən istər fiziki sağlamlığına və hazırlığına görə olsun, istərsə də, texniki təchizatına görə olsun çox üstündür. Hətta müqayisə edilməz dərəcədə üstün. Şəkillərdəki müqayisə də, onsuz da qeyd olunan göstəricilər üzrə Amerikan əsgəri ilə Əfqan polisini əks etdirmir. Əfqan əsgərlərinin simasında olan bir şey var ki, ona Amerikan əsgərlərinin sifətində rast gəlmək mümkün deyil. Onun adı "ƏZİYYƏT"-dir. O, əziyyət ki, Əfqan polislərinə təbəssüm etməyi unutdurub. Yanaşı dayananların hər biri eyni yaşdadır, ancaq heç biriniz onların eyni yaşda olmasına inanmayacaqsınız ki, insan gənc yaşında necə bu qədər yaşlı görünə bilər?!

ShareThis