2013/01/26

Vəhşi Heyvanlardan Qorxmayan Uşaq (5 Şəkil)

Şəkildə gördüyünüz bu uşaq Avstraliyada yaşayır. Adı Çarli Parker'dir. Bu uşağı öz yaşıdlarından, habelə milyonlarla insandan fərqləndirən ən böyük xüsusiyyəti heyvanlara, xüsusilə də vəhşi heyvanlara olan marağıdır. O, tez-tez atası ilə vəhşi heyvanların yaşadıqları yerlərə gedir. Hətta şəkillərdən də göründüyü kimi, o, bu dəfə kiçik bir timsahla xüsusi hazırlanmış bir göldə çimir. :)

Köynək Geyinən Meymun (7 Şəkil)

Şəkildə görəcəyiniz qorilla hardansa əlinə keçirdiyi bu qısaqol köynəyi geyinməyə çalışır. Əvvəlcə onu necə geyinməsi barədə bir fikri olmasa da, sonra bir çarəsini tapır, kiçik ölçülü köynəyi öz yekə bədəninə yerləşdirə bilir. =)

2013/01/22

Gözəl Qız Avtomobildə (1 Video)

Shelby markalı bir avtomobilə minmiş cazibədar qız maşının hər dəfə sürət yığması ilə qəribə reaksiya verir. :)


2013/01/21

Uşağın Birinci Doğum Günü Tortu (6 Şəkil)

Şəkildə gördüyünüz uşaq ilk ad gününü bu günlərdə qeyd etdi. Ona üzərində animasiya qəhrəmanı olan maşınlı bir tort hazırlanmışdı. Tort ona veriləndən sonra, baxın, uşaq tortu necə yedi. :)

2013/01/20

Restoranlara Aparılan Pişiklər (16 Şəkil)

Çində restoranlardan birinə qanunsuz şəkildə satılmaq məqsədi ilə küçələrdən toplanmış təxminən 1000 ədəd pişiyi yeşiklərdə daşıyan yük maşını yolda qəzaya uğradı. Qəza nəticəsində yük maşını aşdı və içərisində olan yeşiklər də ətrafa səpələndi. Pişiklərin bir hissəsi ölsə də, sağ qalanlara xeyirxah insanlar tərəfindən yardım edildi. Lakin pişiklərin növbəti taleyi barədə məlumat yoxdur.

2013/01/19

Qatar Qəzası (14 Şəkil)

Hadisə bir neçə gün bundan öncə İsveçin paytaxtı Stokholm şəhərində baş verib. Belə ki, qatarda təmizlik işləri aparmaq üçün müəyyən haqq müqabilində tutulmuş 20 yaşlı gənc qız boş qatarı depodan qaçırdı, ancaq bir müddət sonra qaçırdığı qatarla qəza törətdi. Qəza Stokholm ətrafında qatarın reysdən çıxaraq həyət evlərindən biri ilə toqquşması nəticəsində baş verdi. Xoşbəxtlikdən heç kəs ölməsə də, qatara və evə ciddi şəkildə ziyan dəydi.

2013/01/18

Evdə Limon Yetişdirmək (7 Şəkil)

Maraqlı bir insan bir neçə limon toxumunu qabın içində su ilə islatdıqdan sonra onları xüsusi hazırlanmış bir dibçəyin içində yerləşdirir. Bir müddətdən sonra isə ortaya çıxan mənzərə həqiqətən də inanılmazdır. Yalnız ağaclarda gördüyümüz limon, demək ki, bir dibçəkdə də inkişaf edib bar verə bilərmiş.

2013/01/17

Neft Borularından Oğurluq Edən Xalq (23 Şəkil)

Afrikanın ən böyük neft yataqlarının yerləşdiyi ölkələrdən biri Nigeriyadır. Nigeriya da əksər Afrika ölkələri kimi zəngin təbiətə və təbii sərvətlərə malikdir. Bununla belə, ölkənin hər zaman xaos içində yaşayan xalqı var. Görünməz "qüvvələr" bu dövlətin də təbii sərvətlərindən dövlətin inkişafı və xalqın rifahı üçün istifadə olunmaması məqsədi ilə əllərindən gələni edirlər. Ölkədə tez-tez dini ayrı-seçkiliklər ucbatından törədilən cinayət əməllərindən insanlar ölür, xəsarət alır. Kriminal vəziyyətin tüğyan etdiyi bu ölkənin sərvətlərindən ilk növbədə istifadə edənlər isə dünyanın məhşur neft-qaz şirkətləridir. Yerləşdirdikləri borular sayəsində xam nefti ölkədən çox ucuz qiymətə çıxarıb neft tankerləri vasitəsi ilə daşıyıb aparırlar. Nigeriya əhalisinin bir qismi isə gündəlik yaşayışlarını təmin etmək məqsədi ilə borulara qarşı "hücuma" keçiblər. Belə ki, onlar boruların uzandığı müxtəlif yerlərdə onları deşir və deşiklərdən tökülən nefti bidonlara dolduraraq aparırlar. Onlar bu xam nefti ucuz qiymətə də olsa, əsasən satmaq məqsədi ilə oğurlayırlar. Deşilmiş borulardan ətrafa yayılan xam neft isə təbiətə sözlə ifadə olunmayacaq qədər çox zərər vurur. Hektarlarla ərazi neftdən çirklənir və həmin zonaların flora və faunası tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ətrafa yayılan neft havaların normadan artıq istiləşməsi zamanı, yaxud məsuliyyətsizlik nəticəsində yanğınların baş verməsinə səbəb olur. Bu da həm həmin zonada yaşayan insanlar üçün, həm də meşələr üçün böyük təhlükədir.

2013/01/15

Universitetdə Pəncərədən Qışqıranlar (1 Video)

Video Norveçdə bir universitet şəhərciyində çəkilmişdir. Tələbələrdən biri "görün indi pəncərədən qışqıracam, nə olacaq?" dedikdən sonra, pəncərəyə yaxınlaşır və qışqırır. Tezliklə onun qışqırıq səsinə kampusun ətrafında yaşayan itlərdən qarşılıq gəlir. Bu səsə universitet şəhərciyində yaşayan digər tələbələrin də səsi qarışır. Beləliklə, bir qışqırıqla kampusu və ətrafını səs-küy bürüyür. :)

2013/01/14

Dubayda Yeni İl Şənlikləri (1 Video)

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay şəhəri hər il olduğu kimi bu il də Yeni il ərəfəsində özünün qeyri-adiliyi ilə fərqləndi. Belə ki, şəhərin gözü sayılan Bürc Əl Xəlifə binasına quraşdırılmış xüsusi lazer effekti və ona alternativ işə düşən fişəng göstərişi ətrafa özünəməxsus gözəllik verdi. Yüzminlərlə insanın Yeni ili qeyd etməsi üçün gəldikləri bu şəhər bayramın ən coşğulu keçdiyi yerlərdən biri hesab olundu. Yeri gəlmişkən, Bürc Əl Xəlifə binası haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz...

2013/01/13

Qəribə Fləş Kard (3 Şəkil)

 
Bir çox qəribə əşyalar görmüşük. Bu dəfəki isə ümumiyyətlə fərqli bir şeydir. Belə quraşdırılmış bir USB cihazı yəqin ki, heç vaxt ağlınıza gəlməz. =)

2013/01/12

Eqzotik Təbiətə Malik Ada (10 Şəkil)

İndoneziyada yerləşən Tanah Lot adası qayalıq üzərində yerləşən Pura Tanah Lot adlı  məbədə və onu hər tərəfdən əhatəsinə alan yamyaşıl təbiətə malikdir. Bu ada ölkəyə səfər edən turistlərin və fotoqrafların ilk ziyarət etdikləri yerlərdən biridir.

2013/01/11

Donmuş Gölün Xəzinəsi (9 Şəkil)

Şəkillər Çinin hansısa hissəsində yerləşən bir göldən çəkilmişdir. Soyuqdan göl donub. Şaxta o qədər sərt olub ki, hətta gölün canlı aləmi də bu soyuqlara tab gətirə bilməyərək donublar. Bundan yararlananlar isə, həmin gölün ətrafındakı qəsəbələrdə yaşayan insanlar olub. Onlar gölün üzərinə gələrək sadəcə onu bir balaca parçalamaqla saysız-hesabsız balıq əldə ediblər. Gölə tor atmadan, yaxud qırmaqla saatlarla gölün başında gözləmədən asanlıqla çoxlu balıq tuta biliblər. Balıq ovlamaq bundan daha sadə ola bilməzdi hər halda. :)

2013/01/10

Pornoqrafik Görüntülər - Virtual Aləmin Şeytanı (3 Şəkil)

İnternetdə xarici saytlardan birinə baxarkən maraqlı bir statistika ilə tanış oldum. İstədim Azərbaycan dilinə tərcümə edib burada paylaşım. Demək, söhbət Amerika Birləşmiş Ştatlarında (ABŞ) əhalinin internetdə pornoqrafik materiallara olan marağından bəhs edirdi. Başqa sözlə, son illərdə ABŞ əhalisinin internetdən əsasən, pornoqrafik görüntülərə baxmaq üçün istifadə etməsini rəhbər tutub statistikanı hazırlamışdılar. Nəysə, keçək hesabatın şok göstəricilərinə...

2013/01/09

Nəhəng Tonqal (3 Şəkil)

Norveçdə artıq hər il ənənə halını almış tonqal qalama bayramı keçirilir. Bergen şəhərində isə bu, xüsusi qaydada təşkil olunur. Belə ki, ən hündür tonqallar məhz bu şəhərdə hazırlanır. Şəhər sakinləri də tonqalın ötən illərdən daha hündür olması üçün canfəşanlıq göstərirlər. 

2013/01/08

Avropanın Ən Natəmiz Həbsxanası (20 Şəkil)

Şəkillərdə görəcəyiniz həbsxana özünü demokratiyanın beşiyi adlandıran, Avropanın "bərk" gedən dövlətlərindən olan Fransanın Marsel şəhərində yerləşir. Marsel şəhərindəki "Baumettes" adındakı həbsxana natəmizliyin hökm sürdüyü, məhkumların ağır şəraitdə cəza çəkdiyi bir yerdir. Hər tərəf kanalizasiya suyu içində qalmış, tarakanların və siçanların yuva qurub rahat şəkildə gəzişdiyi kameralarda xeyli sayda məhkum ya xəstəlikdən, ya da şəraitsizlikdən həyatını itirir. Həbsxanada normalda nəzərdə tutulandan da artıq məhkum cəza çəkir. Marsel şəhəri Fransada həm də pis ad qazanmışdır. Ona görə ki, ölkədə immiqrantların ən çox toplaşdığı, narkotik ticarətinin ən çox həyata keçirildiyi, cinayətə meyilli şəxslərin ən çox məskunlaşdığı şəhər hesab olunur. Şərqi Avropadakı Sovet dövründən qalma və hələ də istifadədə olan bəzi həbsxanaları istisna etsək, bu həbsxana Avropada demokratiya adına ləkə gətirən bir cəzaçəkmə müəssisəsidir. Rəsmilərin dediyinə görə, həbsxanada vəziyyət o qədər bərbad gündədir ki, onun yeni layihəsinin hazırlanması üçün ən azı 10 il vaxta ehtiyac var.

2013/01/07

Dünyanın Şanslı İnsanları (1 Video)

Videoda görəcəyiniz insanlar dünyanın bəlkə də ən şanslı insanları hesab oluna bilərlər. Çünki onlar onlara verilmiş ən dəyərli hədiyyə olan həyatlarını son anda itirməkdən xilas ola bilirlər. Əksəriyyəti yol-nəqliyyat qəzalarından xilas olan bu insanların bəziləri az qala öz səhvləri və nöqsanları ucbatından ölümün bir addımlığına qədər gəlirlər. Bəzi inanılmaz hadisələr isə, olduqca uzun məsafələrdən atılan topların və digər əşyaların hədəfə tuş gəlməsidir. Bəlkə də, həmin hərəkəti ikinci dəfə etsələr, bu qədər uğurlu nəticə əldə edə bilməzlər. Hər bir halda, onlar şanslı insanlardır.

Fotoşopla Gözəlləşən Qız (2 Şəkil)

Şəkildəki oğlan yetişkin insanlar üçün nəzərdə tutulmuş saytlardan birinə daxil olub oradan bir qızla tanış olub onunla gözəl bir keçirtmək qərarına gəlir. Tanışlıq saytından tanış olduğu qızla görüşəndə isə şok olur. Qız ona nə bədən ölçülərinə, nə də xarici görünüşünə görə yaraşır. Bir şəkil çəkdirirlər birlikdə. Daha sonra oğlan ondan bir bəhanə ilə ayrılır və evə gələrək çəkdirdikləri şəkil üzərində fotoşop proqramı vasitəsi ilə işləməyə başlayır. Bir müddət sonra isə o, həqiqətən də ortaya normal görkəmdə bir qız "çıxarda" bilir. Artıq onun bir qızla birlikdə bir gün keçirməsi barədə dostlarına göstərə biləcəyi yaxşı şəkil var. :)

2013/01/06

Dünyanın Rüşvətxorluq Yuvası (13 Şəkil)

Belə bir iqamətgahda kim yaşayar, sizcə? İngiltərə kraliçası, yoxsa varlı bir ərəb şeyxi? Bəlkə çox zəngin bir biznesmen? Əslində heç biri. Burada yaşayan bəlkə də ağlınıza ən son gələcək biridir. Şəkildə gördüyünüz iqamətgah Afrikada qitəsinin 3-cü dünya ölkələrindən biri olan Zimbabvenin prezidenti Robert Mugabe'yə məxsusdur. Saray ölkə paytaxtı Harare şəhərində yerləşir.

2013/01/05

Şabanın (Kemal Sunal) Bütün Filmləri Bir Yerdə

Türkiyənin gəlmiş-keçmiş ən gözəl komediya filmlərinin baş qəhrəmanı, Şaban kimi tanıdığımız Kemal Sunal'ın bütün filmlərini bir arada izləyə biləcəyiniz bir yer var...

Plastik Əməliyyat Faciəsi (3 Şəkil)

Şəkildə gördüyünüz bu sevimli qızın ağlına bir gün ətrafındakı qızlardan daha gözəl görünmək fikri gəlir. Bunun üçün də gedir ən yaxın tibb müəssisəsinə plastik əməliyyat etdirmək üçün. Əməliyyatdan çıxdıqdan sonra isə, görüntüsü qorxu filmlərindəki obrazlardan geri qalmır. Daha bir plastik əməliyyat faciələrindən biri də saymaq olar bu qızın başına gələnləri...

Afrikada Vətəndaş Müharibəsi (44 Şəkil)

Demokratik Konqo Respublikasında 1998-ci ildə başlayan və bu günün özünə kimi də davam edən vətəndaş müharibəsi tarixə 2-ci dünya müharibəsindən sonra bəşər övladının ən çox qırğınına gətirib çıxaran qarşıdurmalar kimi düşdü. Dəhşətli faktlardan biri də ondan ibarətdir ki, müharibəyə ən çox cəlb edilənlər 10-11 yaşında uşaqlar idi. Onlar zabitlər tərəfindən ailələrindən məcburi şəkildə alınır və hərbi düşərgələrə aparılırdılar. Uşaqlardan ibarət olan yüzlərlə əsgər bir neçə gün içində hərbi əməliyyatlar zamanı həlak olurdu. Təcrübəsizlik, sağlamlıq vəziyyətlərinin yaxşı olmaması onların qısa zaman içində həlak olmasına səbəb olurdu. Bu müddət ərzində ölkədə şəxsiyyət əleyhinə baş verən cinayətlərin sayı-hesabı olmamışdır. 

2013/01/04

Suyun Altında Həbsxana (20 Şəkil)

Dağılmış, ya da tərk edilmiş bir çox yerlər görmüşük. Lakin bu şəkildəkilər biraz fərqlidir. Çünki su altında qalan bir həbsxanadır. Həbsxana Estoniyanın Murru şəhərində yerləşir. Sovet dövründə tikilmiş bu həbsxana rejimin dağılmasından sonra nəzarətsiz qaldı və tədricən suyun həmin əraziyə toplanması nəticəsində artıq su altında qalmış maraqlı bir yer hesab olunur. Hətta bəzən turistlər bu şəhərə sırf su altındakı həbsxananı görmək üçün də səfər edirlər.

2013/01/03

Romantik Toy Tortları (35 Şəkil)

İndiyi qədər gördüyünüz, ya da yediyinzi bütün tortları bir kənara qoyun, bu şəkillərə baxın. Əsl yaradıcılıq və əsl gözəllik toylar üçün hazırlanmış bu tortlarda ifadə olunub.

Lüks Evlər (25 Şəkil)

Cənub Şərqi Asiyanın eqzotik təbiətə malik ölkələrindən olan Taylandın Naka Phuket şəhəri özünün lüks evləri və villaları ilə məhşurdur. Əsasən turistlərin səfər etdiyi bu şəhərdəki lüks evlər və villalar onlara yüksək qiymətlərlə kirayəyə verilir.

2013/01/02

Qış Fəslinin Gözəl Mənzərələri (34 Şəkil)

Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir. 31 dekabr hər ilin sonuncu günüdür, sonrakı gün artıq yeni təqvim ilinin başlanğıcıdır. Hər insan yeni ilə yeni ümidlərlə, arzularla girir, çünki...
Düzdür, bizim ölkəmizdə iqlim o qədər də soyuq deyil, bəzi regionlarımız istisna təşkil edir, sözsüz ki. Xüsusilə də, qış fəslində Aran rayonlarına qarın yağması əsl möcüzə hesab olunur. Bəzi problemləri nəzərə aldıqda isə, heç ölkəyə qar yağmasa daha yaxşıdır. Əhalinin evlərini qızdırma problemi, avtomobillərin hərəkət problemi, qar əridikdən sonra isə fəlakət vəziyyətinə düşən şəhərlər, kəndləri xatırladıqda, bizə qar yaraşmır fikrini xatırlayır insan. Bütün bunlara baxmayaraq, qış yenə də gözəl fəsildir, hər tərəfin ağ rəngə bürünməsi, təbiətin müvəqqəti "ölməsi", daha sonra yazda yenidən "dirilməsi"nə şahidlik etməkdən daha gözəl heç nə ola bilməz... =)

Torrent Sistemi Haqqında Hər Şey (Şəkil + Video İzahlı)

Torrent Nədir?

Torrent sisteminin ölkəmizdə internet istifadəçiləri tərəfindən istifadə olunması faizi aşağı dərəcədədir. Belə ki, çoxları ya "Torrent" anlayışının nə olduğunu bilmir, ya da bu barədə anlayışları olsa da, ondan istifadə qaydaları haqqında məlumata malik olmurlar. "Torrent"-in nə olduğunu anlamaq üçün, əvvəlcə "P2P" anlayışını başa düşmək lazımdır. "P2P" ingiliscə "peer two peer" sözlərinin qısaltması olub, mənası "məndən sənə" kimi tərcümə oluna bilər. Yəni, bir internet istifadəçisi kompyuterindəki hər hansı faylı başqaları ilə paylaşmaq istəyir. Bu zaman paylaşılan faylı başqa kompyuterdəki bir internet istifadəçisi yükləyir. O, yükləməni qurtardıqdan sonra, bir başqa internet istifadəçisi də, ondan yükləyir. Başqa biri də bundan yükləyir və s. Beləliklə, elə bir qarşılıqlı sistem meydana gəlir ki, hamı bir-birindən yükləməyə başlayır və bu yükləmə sisteminə çoxlu sayda internet istifadəçiləri qoşulduqca, nəticədə fayl daha geniş şəkildə yayılır və sürətli şəkildə yüklənilir. Haqqında danışdığımız bu sistem "Torrent" sistemidir. "Torrent" sistemi yarandığı ilk gündən internetin və internetdə olanların yalnız zəngin təbəqənin nümayəndələri üçün olmadığını sübut etdi. Yəni pulu olmasa da (filmlərə kinoteatrda baxmağa, musiqiləri satın almağa, oyunları satın almağa, elektron kitabları satın almağa və s.) internetdən insanların tam şəkildə istifadə edə bilməsi üçün imkan yaratdı.

2013/01/01

Plastik Əməliyyatdan Sonra (13 Şəkil)

Plastik əməliyyat etdirmək arzusunda olan bu qız əməliyyatdan sonra olduqca eybəcər hala düşdü. Pul verərək özlərini iyrənc günə salanları başa düşmürəm. Yoxsa bu da təzə modadır, xəbərimiz yoxdur?

iPhone 5 Model Telefonların Problemi (7 Şəkil)

Bir nəfər iPhone 5 model olan telefonunu şalvarının arxa cibinə qoyub şəhərə çıxandan sonra, evə qayıdanda görüb ki, bahalı telefonu əyilib. Gözlərinə inanmayıb, çünki o qədər pul verdiyi telefonunun bu vəziyyətə düşməsi onu şübhələndirib məhsulun orginal olmaması barədə. Araşdırandan sonra məlum olub ki, telefon alminium materialından hazırlanıb, bu material da əyilməyə meyilli olduğundan arxa cibdə qalaraq nəticədə bu formaya düşüb. Telefonun özü əyilsə də, maraqlıdır ki, ekranı salamat qalıb. Çünki iPhone 5 model telefonun ekranı akvariumlarda istifadə olunan akrilik adı verilən möhkəm plastik materialdan hazırlanır ki, o da qırılmağa, sınmağa qarşı dözümlüdür. Yenə də iPhone 5 model bir telefonda bu cür problemin olması istifadəçilər üçün sürpriz olan bir şeydir. Heç kəs bahalı bir telefonun bu cür gözlənilməz problemi ola biləcəyini təsəvvür etmirdi.

Rusiyada Dəhşətli Təyyarə Qəzası (2 Şəkil + Video)

Rusiyada 29.12.2012-ci il tarixində TU-204 model sərnişin təyyarəsi idarəetməni itirərək magistral yollardan birinə düşdü. Təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak oldu. Yoldan keçən bir neçə avtomobil də təyyarə parçalarının onlara tuş gəlməsi nətiəcində zədələndi.

ShareThis