2013/01/10

Pornoqrafik Görüntülər - Virtual Aləmin Şeytanı (3 Şəkil)

İnternetdə xarici saytlardan birinə baxarkən maraqlı bir statistika ilə tanış oldum. İstədim Azərbaycan dilinə tərcümə edib burada paylaşım. Demək, söhbət Amerika Birləşmiş Ştatlarında (ABŞ) əhalinin internetdə pornoqrafik materiallara olan marağından bəhs edirdi. Başqa sözlə, son illərdə ABŞ əhalisinin internetdən əsasən, pornoqrafik görüntülərə baxmaq üçün istifadə etməsini rəhbər tutub statistikanı hazırlamışdılar. Nəysə, keçək hesabatın şok göstəricilərinə...


Onsuz da seks biznesi dünyanın ən qədim və ən gəlirli sahələrindən biri hesab olunur. Tarix boyu da bu bisnesdə yavaşlama və ya uğursuzluq, demək olar ki, müşahidə olunmayıb. Əgər əvvəllər pornoqrafik videolar yalnızca televizorlar vasitəsi ilə yayılırdısa, texnikanın inkişafı nəticəsində bu proses kompyuter aləminə də gəlib çıxdı. Beləliklə, ölkənin dörd bir yanında istənilən kütlə üçün pornoqrafik videoları izləmək imkanları xeyli genişləndi. ABŞ'da hər 30 dəqiqədən bir yeni porno film hazırlanır. Hər saniyə isə, 30.000 insan porno videoya baxır. Dünyadakı pornoqrafik saytların 89%-i ABŞ vətəndaşlarına məxsusdur. Ölkədəki internet istifadəçilərinin 42,7%-i (102,434,567 nəfər) pornoqrafik görüntülərə baxır. Pornoqrafik görüntülərin hazırlanıb satılmasından illik 13,000,000,000 $ qazanc götürülür. Bu da, Microsoft, Google, Apple, Amazon, Yahoo, Netflix, Earthlink kimi "əjdaha" şirkətlərin illik gəlirindən daha çoxdur. İnternetdə ən çox axtarılan sözlər seks və pornoqrafiya ilə əlaqədardır. Gün ərzində axtarış sistemlərində 68 milyondan çox pornoqrafik xarakterli sözlər axtarılır.  Bu da axtarış sistemlərində gün ərzində axtarılan sözlərin 25%-ini əhatə edir. Gün ərzində müxtəlif elektron poçt ünvanlarına 2,5 milyard pornoqrafik xarakterli məktublar gəlir. Hər birində məqsəd eynidir. İnternet istifadəçisini şirnikləndirərək porno sayta girməsinə çalışılır. Bu da gündəlik hər elektron poçt ünvanına 3-4 bu tipli məktubların gəlməsi deməkdir. Daha çox belə məktublar iş günləri ərzində saat 09:00-17:00 arasında göndərilir. Pornoqrafik görüntülərə baxanların yaş həddi artıq 11 yaşa qədər azalıb. Porno saytlara daxil olanların 28%-i qadınlar, 72%-i kişilərdir. Kişilər qadınlarla müqayisədə porno videolara 6 dəfə çox baxırlar və porno saytlarda daha çox vaxt keçirdirlər. Qadınların 17%-i isə pornoqrafik görüntülərə baxmağa o qədər alışıb ki, ondan vaz keçə bilmirlər. Təxminən 200,000 amerikalı porno görüntü "narkomanıdır." Onların əksər hissəsi həftə ərzində 11 saat, ya da daha çox porno görüntüyə baxırlar. Normadan çox porno izləyənlərin 50%-ində artıq iqtidarsızlıq müşahidə olunur. Həddindən artıq izləyənlərin gerçək cinsi əlaqəyə olan marağı itir. Onların 1/3-i isə həyat yoldaşlarından ayrılmalı olurlar. Pornoqrafiya "narkomanlarının" 40%-i həyat yoldaşlarından ayrılır. 58%-i maddi çətinliklər çəkir. 1/3 hissəsi isə işlərini itirirlər. Pornoqrafiya həvəskarı olanların, əgər evlidirlərsə, boşanma ehtimalı normal ailələrlə müqayisədə 300% artıq olur. Boşanma hallarının 56%-ində tərəflərdən biri pornoqrafiya izləməkdə günahlandırılır. İş-işdən keçəndən sonra, pornoqrafiya izləyənlərin hər birinin ortaq sözü bu olur: "İnternetdə pornoqrafik görüntülərlə tanış olub onlara baxmaq həyatımda başıma gələn ən pis şey idi."





Sonrakı Peşmançılıq


P.S. Yazını bəyəndinizsə, onu başqaları ilə paylaşmağı unutmayın...

ShareThis