2012/11/29

Kürk Görən Qadınlar (Video)

Kürk görən bütün qadınların ona göstərdikləri münasibət eynidir. Fərqi yoxdur, ibtidai icma quruluşundakı qadınlar olsun, ya da müasir dövrün qadınları... :))

Sərxoş Sürücü Ölümdən Döndü (2 Şəkil)

Matthew Hamilton adlı kiçik tutumlu yük maşınını idarə edən sərxoş sürücü Oregon əyalətinin Beaverton şəhərində körpünün üzərindən keçərkən birdən idarəetməni itirdi, lakin xoşbəxtlikdən avtomobil körpünün üzərində təhlükəsizlik məqsədi ilə qoyulmuş dəmirlərə ilişərək qaldı. Sonradan hadisə yerinə gələn yanğınsöndürən maşınlar tərəfindən avtomobil oradan uzaqlaşdırıldı. Hadisəni törədən şübəhəli şəxs isə 1 il müddətinə sürücülük hüququndan məhrum edildi.

Dənizdə Dalğalarla "Savaşan" Gəmi (7 Şəkil)

Şimal dənizdində balıq ovlamağa çıxmış bir balıqçı gəmisinin şəxsi heyəti geri qayıdarkən dənizin sanki "kükrəməsi" nəticəsində çətin anlar yaşadı. Köməyə çağırdıqları helikopter də onlara hündürlüyü 9 metrdən çox olan dalğaların içində gəmiyə yaxınlaşaraq kömək edə bilmədi. Xoşbəxtlikdən gəmi çətinliklə də olsa, dalğaların öhdəsindən batmadan gələ bildi. Geriyə isə helikopterdən çəkilmiş həmin arzuolunmaz anlardan bu maraqlı şəkillər qaldı. Əslində bu şəkillər bir daha gəmiçiliyin necə çətin və insanı daim ölümlə üz-üzə qoymağı bacaran bir sənət olduğunu göstərir.

2012/11/21

Dünyanın Ən Uzun Dilinə Sahib İnsanı (19 Şəkil)

Dünyanın ən uzun dilinə sahib insanı ABŞ-ın Kaliforniya Universitetində tələbə olan Chanel Tapper`dir. Belə ki, onun dilinin uzunluğu 9,6 sm`dir. Yeri gəlmişkən, şəkillərdən də görəcəyiniz kimi, bu qız dili ilə hər cür hoqqabazlığı da bacarır. Mənə maraqlı olan isə, görəsən o, o boyda dillə rahat danışa bilirmi? Dilindən hansı məqsədlər üçün istifadə edir? :)

İnsanın Ən Yaxın Dostu (11 Şəkil)

Miguel Guzman 2006-cı ildə dünyasını dəyişmişdir. Ölümündən artıq 6 il keçməsinə baxmayaraq onun sağlığında hələ körpə ikən alıb böyütdüyü alman çoban iti cinsindən olan iti illərdir məzarının başından ayrılmır. Dəfələrlə ailənin digər fərdləri onu evə geri gətirsələr də, o, bir yolunu tapıb evdən qaçmağı bacarmış və dünyasını dəyişmiş sahibinin məzarı başında sanki onun nə vaxtsa məzardan çıxacağına ümid edirmiş kimi orada gözləyir. Qəbiristanlığın işçiləri tərəfindən ona qayğı göstərilərək su və yemək verilir. Həqiqətən də dünyada heç bir heyvanın insana bağlılığı itin insana olan sədaqəti qədər güclü ola bilməz. Bu mövzuda çəkilmiş çox gözəl bir film də vardır. Məsləhət görərdim ki, 2009-cu ildə çəkilmiş və İMDB-də qeydiyyatdan keçmiş istifadəçilərin 41.500 nəfərinin səsi ilə 8.1 xalla dəyərləndirilmiş "Hachi: A Dog's Tale" filmini izləyəsiniz.

2012/11/19

Dünyanın Müxtəlif Ölkələrində Günbatımı Mənzərələri (30 Şəkil)

Dünyanın bir neçə ölkəsində günbatımı zamanı çəkilmiş möhtəşəm görüntülərlə tanış olacaqsınız. Bu şəkil Hindistanda günbatımı zamanı çəkilmişdir və görüntüdəki tikili də şəkilə xüsusi gözəllik verir. Şəxsən mənim hər zaman görmək istədiyim mənzərələr sırasındadır günbatımı. İstər-istəməz insanın uzun düşüncələrə getməsinə və ya bir-birindən maraqlı xəyallara dalmasına səbəb olur.

6 Uşağını Vaxtında Məktəbə Çatdırmaq İstəyən Ana (8 Şəkil)

2 velosipedi necəsə bir-birinə qoşub bütün uşaqlarını eyni vaxtda məktəbə çatdırmağa çalışan bir ana, ancaq uşaqları bu vəziyyətdən çox xoşbəxt görünürlər. Həqiqətən də ana qədər hər əziyyətə və çətinliyə dözməyə qadir ola biləcək ikinci bir insan yoxdur dünyada.

Bütün Noutbukların Əcdadı - Osborne (4 Şəkil)

Osborne 1 eyni adlı şirkət tərəfindən 1981-ci ilin aprel ayının 3-də istehsal olunmuş daşınıla bilən ilk micro noutbuk idi. İstehsal olunduğu müddətdə çəkisi 10,7 kq, qiyməti isə 1795$ olmuşdur. Əməliyyat sistemi isə o dövrlər üçün məhşur olan CP/M 2.2 idi. P.S. Mənim və çoxlarının telefonlarının ekranlarının bundakından daha geniş olduğuna, hələ üstəlik çəkisinin də bunun ağırlığından dəfələrlə yüngül olduğuna əminəm. =)

2012/11/10

Evsiz Xəstə İt Balası Onu Sevən Birilərini Taparsa (23 Şəkil)

2 xeyirxah insan küçəni gəzərkən yol qırağındakı zibilxanalardan birində balaca, bir gözü görməyən bir it balası görürlər. Xeyirxah olan insanlar həmin iti götürüb evə gətirib çimizdirib təmizlədikdən sonra veterinara aparırlar və itin gözləri müalicə olunur. Həmin 2 nəfərin bu mehriban hərəkəti hətta yerli qəzetlərdən birində də xəbər mövzusu olur. İt də artıq yeni sahibinin yanında çox xoşbəxtdir.

2012/11/09

Plastik Əməliyyat Üçün Pul Oğurlayan Qız (10 Şəkil)

Böyük Britaniyadan olan 24 yaşlı Rachael Martin işlədiyi şirkətin kassasından 74000 dollar məbləğində pul vəsaitini plastik əməliyyat etdirmək məqsədi ilə oğurladı. Oğurladığı pulla o, çənə hissəsini və sinəsini əməliyyat etdirərək özünü tam bir modelə oxşatmağa çalışsa da, indiki görkəmi də şəkillərdən də görəcəyiniz kimi elə əvvəlki görkəmi kimi xoşagəlməz olaraq qalıb. Lakin işlədiyi şirkətin şikayət etməsi nəticəsində polis pulların onun tərəfindən oğurlandığını aşkarladı və məhkəmə tərəfindən törətmiş olduğu cinayət əməli sübuta yetirildikdən sonra, Rachael Martin 52 həftəlik həbs cəzasına məhkum olundu.

ShareThis