2012/08/31

Toylardan Maraqlı Və Gülməli Görüntülər (23 Şəkil)

Şəkillərdə görəcəyiniz insanlar bəlkə də şanssız, bəlkə də ən xoşbəxt günlərində bir-birindən maraqlı və gülməli şəkillərə malik olan, yaşadıqları müddətdə fərqli toy şəkilləri ilə fərqlənəcək şanslı insanlardır. Qərar sizin. =)

2012/08/23

Gəlinliklərin Formasının İnkişaf Tarixçəsi (38 Şəkil)

1870-1980-ci illər ərzində gəlinliklərin formasında hansı dəyişiklər baş verərək müasir hala gəldiyini şəkillərdən görə biləcəksiniz.

Sadəcə Taxta Materialından Hazırlanmış Evləri Olan Kənd (24 Şəkil)

Amerikalı Hogan ailəsinin üzvləri Erika və Mat Kaliforniyanın səs-küylü həyatından bezib Mərkəzi Amerika ölkələrindən olan Kosta Rikada özlərinə torpaq sahəsi almaq qərarına gəldilər. Almış olduqları torpaq sahəsi rəngarəng təbiəti ilə seçilən füsunkar mənzərəli meşədə yerləşən bir yerdir. Onlar heç bir ağacı kəsmədən, yəni təbiətin buraya bəxş etdiyi yaşıllıqdan heç nəyi dəyişdirmədən hündür ağaclardan birinin üzərində özlərinə sadəcə taxtadan ev düzəltdilər. Ev hazırlandıqdan sonra onun həm yuxarıdan olan mənzərəsi ilə, həm də insana müsbət enerji verən  təbiəti ilə diqqətəlayiq bir yer olduğu bir daha aydın oldu. İndi isə orada daha bir neçə taxtadan ibarət tikililər vardır ki, bura kiçik kənd də demək olar. 

2012/08/17

Azərbaycan Respublikasının Siyasi-İnzibati Xəritəsi (1 Şəkil)

Bir neçə gün bundan öncə İranda, daha dəqiqi Cənubi Azərbaycan ərazisində müxtəlif güclərdə baş vermiş zəlzələlər oradakı bəzi şəhərlərdə ciddi fəsadlar törədərək insan tələfatına, uçqunlara səbəb oldu. Zəlzələlər Şimali Azərbaycanla sərhəd rayonlarda açıq şəkildə hiss edildi. Yaşadığım Şirvan şəhərində belə zəlzələ olmuşdu, baxmayaraq ki, Şirvan İranla sərhəddən xeyli uzaqdadır. Nəysə, mənim yüksək ölçüdə Azərbaycan Respublikasının inzibati-siyasi xəritəsini paylaşmaqda xüsusi məqsədim var. Zəlzələdən dərhal sonra bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşıldıqca Azərbaycanda nə qədər rüşvət və tapşırıq gücünə "oxuyub" özünü ağıllı göstərmək istəyən, ancaq savadı bir qəpiyə dəyməyən insanlar olduğunun bir daha şahidi oldum. İranla sərhəd rayonlardan olan sosial şəbəkə istifadəçiləri zəlzələni açıq şəkildə hiss etdiklərini yazsalar da, bəziləri onlara inanmır, narahatlıqlarına şərik olmaq əvəzinə, yazdıqlarına şübhə ilə yanaşırdılar. Verdikləri cavab isə çox gülməli idi: "Necə ola bilər ki, İranda baş verən zəlzələ Azərbaycanda hiss oluna bilər?" Bu cavabları nə qədər acınacaqlı olsa da, özlərini nə qədər pis vəziyyətə saldıqlarının fərqində belə deyildilər. Elələri üçün sərhəd ölkələri demirəm, heç olmasa Azərbaycanın rayonlarını tanıya bilmələri üçün internetdə bir az axtarışdan sonra siyasi-inzibati xəritə tapdım. Qoy baxsınlar xəritəyə, bu ölkədə yaşayırlarsa, yaşadıqları ölkənin inzibati rayonlarını da ya tanıyacaqlar, ya da tanıyacaqlar!

2012/08/15

Dünyanın Ən Gözəl Bambuk Ağaclarından İbarət Meşə (12 Şəkil)

Dünyanın ən gözəl bambuk ağaclarından ibarət meşə Yaponiyada yerləşir və bu yaşıllığın adı "Saqano"dur. Ağaclar bu meşəyə o qədər füsunkar görkəm vermişdir ki, hər il yüzminlərlə insanın bura səfər edib gözəl mənzərəyə tamaşa etməsinə şərait yaradır. Yeri gəlmişkən, bambuk böyüyüb inkşaf etməsi baxımından çox qəribə bir bitkidir. Belə ki, əvvəlcə bu bitkinin toxumu torpağa əkilir, daha sonra o, sulanılaraq gübrələnilir. Birinci və ikinci il toxumda heç bir dəyişiklik olmasa da, toxuma su verilməsinə davam edilir. Üçüncü və dördüncü illərdə də toxumda heç bir dəyişiklik baş vermir. Buna baxmayaraq, ona su verilir, qayğı göstərilir. Nəhayət, beşinci ilin sonlarına doğru toxum qeyri-adi bir sürətlə inkişaf etməyə başlayır və 6 həftə kimi qısa zamanda hündürlüyü 27 metrə çatan bir bambuk ağacına çevrilir.

Seksi Çimərlik Qızları (15 Şəkil)

Yay vaxtı istirahət etmək məqsədi ilə dənizə gedərkən heç bir şey çimərlikdəki bir-birindən gözəl qızlara baxmaqdan daha cəzbedici ola bilməzzz! =)

2012/08/13

Yerin Altındakı Sığınacaqlarda Silah İstehsalı Zavodu (25 Şəkil)

Hər şey İkinci Dünya Müharibəsi dövründə baş verdi. Danao şəhərində yer altındakı sığıncaqlarda silah istehsalı ilə məşğul olan ayrı-ayrı həvəskar şəxslər Flippini işğal etmək istəyən Yaponiyaya qarşı yerli əhalini silahla bacardıqları qədər təmin edərək partizan mübarizəsinə start verildi. İndi də bu şəhərdəki on minlərlə insanın gəlirinin əsas hissəini silah və onun ayrı-ayrı hissələrini istehsal edib satışını həyata keçirmək təşkil edir. Silah istehsalı sahəsində bu insanlar o qədər ixtisaslaşmışdırlar ki, ölkənin nüfuzlu siyasi xadimləri və hüquq mühafizə orqanları  xidməti silah kimi onlardan alınmış odlu silahlardan istifadə edirlər. Ordu da orada istehsal olunan silahları silahlanmaya qəbul etmişdir. Bununla yanaşı, silahlar yapon və çin mafiyasının üzvləri arasında da geniş şəkildə yayılmışdır. Silahlar texniki avadanlıqlar tətbiq edilməkdən daha çox kustar üsullarla uzun illər ərzində qazanılmış təcrübə əsasında hazırlanır.

2012/08/08

Kasıb Afrika Ölkələrindəki Uşaqların Oyuncaqları (6 Şəkil)

Uşaq olarkən insanı oyuncaqları qədər xoşbəxt edən başqa heç nə olmur. Kasıb Afrika ölkələrində yaşayanların maddi vəziyyəti olduqca aşağı olduğundan onlar övladları üçün bahalı oyuncaqlar ala bilmirlər. Daha dəqiqi, valideynlər nəinki oyuncaq, heç uşaqlarına günlük ərzaq məhsullarını təşkil etmək üçün də böyük əziyyət çəkirlər. Belə olan halda, afrikalı uşaqlar öz oyuncaqların özləri hazırlamalı olurlar. Əllərinə keçən hər bir şeyi oyuncaq kimi istfadə etməyə çalışan bu uşaqlar, əslində Afrikadakı azyaşlıların uşaqlıq dövrlərini hansı formada keçirdiyini açıq şəkildə göstərir.

2012/08/02

2012 - London Olimpiya Oyunlarında Çinin Qalibiyyət Sirri Nədir? (25 Şəkil)

İngiltərənin paytaxtı Londonda keçirilən 2012-ci il Olimpiya oyunlarında, heç şübhəsiz, ən çox alqışa layiq olan Çin Xalq Respublikasıdır. Belə ki, bu dövlətin adından çıxış edən idmançıların olduqca iradəli çıxış nümayiş etdirməsi həqiqətən də Çində idmana böyük önəmin verildiyini açıq-aşkar beynəlxalq ictimaiyyətə də sübut etməkdədir. 02.08.2012-ci il tarixinə əsasən, Çin idmançıları artıq 30 medal qazanmışdırlar ki, bunun da 17 ədədi qızıl, 9 ədədi gümüş, 4 ədədi isə bürüncdür. Çin eyni zamanda ən çox medal sahibi olan dövlət kimi də siyahı üzrə liderlik edir. Onu izləyən Amerika Birləşmiş Ştatları olsa da, qızıl medal sayında əhəmiyyətli dərəcədə məğlub olur. Bütün bunlar ortaya məsələ ilə əlaqədar müzakirə etmək üçün maraqlı bir sual çıxarır. Çində idmana ya hədsiz böyük qayğı var, ya da burada insana əzabı əziyyət çəkməklə unutduran elə təlim metodları var ki, hansı ki Çin idmançıları professional hazırlıqları ilə bunu istənilən növ oyunlarda yüksək şəkildə və layiqli formada nümayiş etdirirlər. 

Bağdakı Gülləri Gizlicə Gəlib Yeyən Bülbül (1 Video)

Bakı Dövlət Universitetinin 3-cü kursunda oxuyarkən 2010-cu ilin iyun ayında AZUS şirkəti tərəfindən təqdim olunan Work and Travel proqramı əsasında Amerika Birləşmiş Ştatlarının İllinois ştatına getdim. Çikaqo şəhərində yaşadığımdan tez-tez şəhərə çıxıb füsunkar mağazaları gəzmək adama çox xoş təsir bağışlayırdı. Bir gün texnika mallarının satıldığı bir mağazada olarkən Sony DCR-SX44 markalı təxminən 270$ məbləğində bir video kamera diqqətimi çəkdi. Çox düşünmədən alıb (vergi puluna ödədikdən sonra, 311$-a başa gəldi) qaldığım otelə gətirdim, ancaq nədənsə ondan bir ay öncə Sony Cybershot DSC W200 markalı kiçik bir rəqəmsal kamera aldığımdan şəhərə çıxdıqda onu yanımda götürüb, maraqlı mənzərələri onunla çəkirdim. Buna görə də, adını birinci qeyd etdiyim kameraya ehtiyacım olmurdu. Azərbaycana qayıtdıqdan sonra da, rəqəmsal kamera həm ölçü baxımdan, həm də yüksək keyfiyyətdə şəkillər çəkdiyindən yenə ona bağlı qaldım və video kameram yenə unudularaq evin bir küncündə qaldı.

2012/08/01

Cinsi Əlaqənin Olmadığı Bir Ailəni Dağılmaqdan Necə Xilas Etmək Olar?

          Ailə həyatı qurmuş birinin cinsi həyata marağı olmamasından daha pis heç bir şey ola bilməz. Bəzi hallarda bu vəziyyətdən kişilər, bəzi hallarda isə həyat yoldaşının ona qarşı qeyd olunan məsələdə laqeydlik göstərməsindən qadınlar əziyyət çəkirlər. Hər bir halda, bu cür problemi olan bir ailənin iztirablı ailə həyatı olduğu dəqiqdir. Əksər insanlar həyat yoldaşlarındakı bu anormal halın aradan qaldırılması üçün, yaxud onun ən azından normal cinsi aktivliyini geri qaytarmaq üçün mümkün olan hər bir şeyi edirlər və bu siyahıya da ilk növbədə fiziki və psixoloji müalicələri daxil etmək olar. Təəssüf ki, müalicə bir nəticə vermədikdə artıq tərəflərdən biri, yaxud hər ikisi boşanmaq haqqında düşünməyə başlayırlar və bu da son nəticədə böyük ümidlərlə qurulmuş daha bir ailənin məhv olmasına gətirib çıxarır. Lakin bilməlisiniz ki, əgər sizin həyat yoldaşınızın cinsi əlaqəyə marağı hər hansı bir səbəbdən yoxdursa, bu, onu yarı yolda buraxaraq boşanmanız üçün əsaslı bir göstərici olmamalıdır. Diqqət yetirməli bəzi şeylər var ki, əgər onları etsəniz bəlkə də bu, sizin boşanmaq fikrinizdən daşınmanıza, hətta həyat yoldaşınızın seksual istək probleminin aradan qalxmasına kömək edəcəkdir.

ShareThis