2012/01/26

Mobil Telefonlarla Full İnternet Dövrünə Xoş Gəldiniz!

Azərbaycanda, eləcə də Dünyada çox az araşdırılmış, ancaq böyük tələbat olan bir mövzu haqqında - mobil saytlar haqqında məlumat vermək istərdim. Hər şeydən öncə onu qeyd edim ki, mobil telefonlar hazırda həyatımızın ayrılmaz bir parçasına çevrilmiş və bizi özünə o qədər bağlamışdır ki, hətta qısa məsafəli bir yerə getsək belə, mobil telefonumuzu üstümüzdə aparmağı sanki özümüzə borc bilirik. Mobil telefonlar günü-gündən daha da təkmilləşdirilərək istər xarici görkəmində, istərsə də əlavə funksiyalarının artımında öz sözünü deyir. Azərbaycanda o qədər geniş yayılmasa da, qeyd etməliyəm ki, xaricdə artıq noutbuklar və masaüstü komputerlərdən istifadə edən istifadəçilərin sayı sürətli şəkildə azalır. Bunun ən əsas səbəbi isə, yuxarıda qeyd etdiyim kimi, sürətli şəkildə yenilənən və ən son texnoloji yeniliklərlə təchiz olunan mobil telefonlar, planşetlərdir. İnsanlar artıq masaüstü komputerlərin qarşısında əyləşərək internetə girməkdənsə, rahat uzanaraq, əyləncəli şəkildə internetə girməyi daha üstün tuturlar. Məntiqlə fikirləşdikdə də, qarşıdakı illərdə sürətli şəkildə masaüstü komputerlərin və noutbukların satışında ciddi azalmanın hiss olunması qaçılmaz olacaq. Son model bir mobil telefonu və bir noutbuku müqayisə etsək, mobil telefonun üstünlükləri: hər zaman rahat daşınması mümkündür, istənilən vaxt istənilən şəxsə zəng vuraraq əlaqə saxlamaq olur, "qwerty" klavyaturaya malikdir, batareyası daha dözümlüdür, internetə sürətli şəkildə daxil olmaq olur, oyunlar oynamaq mümkündür, fayl göndərmək, yaxud qəbul etmək imkanı vardır və s. Günü-gündən tənbəlləşən insan kütlələri üçün son model bir telefon hətta bir noutbuklarda olmayan bəzi üstünlüklərlə bütün rahatlıqları bir arada təklif edir.

2012/01/25

Dünyanın Ən Məhşur Saytları - Keçmişdə və İndi (13 Şəkil)

İnternet aləmində indi liderlik edən və gözəl xarici görünüşlərə malik olan məhşur saytların əvvəllər necə göründüyünü öz gözlərinizlə də görmək istərdinizmi? İnsanların artan ehtiyacları, habelə yenilənmə tələbləri və rəqabət bu saytların həm görünüşünün yaxşılaşmasına, həm də keyfiyyətlərinin artmasına yardım etmişdir. Hazırda isə bu saytlar göstərdikləri xidmətlərə görə hər ay yüz minlərlə, bəziləri isə hətta milyonlarla ziyarətçiyə müxtəlif şəkillərdə xidmət edir..

2012/01/24

S**** Bu Dünyanın Ədalətini... :/ (4 Şəkil)

Bir çay evində ayrı-ayrı masalarda yalnız əyləşmiş bir oğlan və bir qız. Hər ikisi bir-birlərini bəyənsələr belə, böyüdükləri mühit bunu dillərinə gətirməyə, bir-birlərini çatdırmağa, imkan vermir. Ürəklərində tanış olmağı arzulasalar belə, bu, sadəcə xəyal olaraq qalır. Qız oğlan xoşuna gəlsə belə, bunu ona deyə bilmir, çünki böyüdüyü mühit tamamilə başqa cür olub, o, tərbiyəli bir qız kimi yetişib. Oğlanın da mühiti tam fərqli olub və o da mədəni, səviyyəli bir oğlan kimi böyüyüb, diskoteka, bar, əxlaqsız yuva həvəskarı olmayıb. Onların hər ikisi ədalətsizlikdən və bəxtsizlikdən şikayətlənir. Nəysə, şəkillərdə onların baxışaraq dillərinə gətirə bilməkdikləri sözləri ürəklərində demələrini və bu yolla aralarında keçəcək dialoqları görəcəksiniz...

2012/01/23

Ata, Bax, Budur Siyasət!

Bir gün uşaq atasından soruşur: Ata, nədir siyasət?
Ata belə cavab verir: Bax oğlum, mən evə pul gətirirəm, demək ki, mən kapitalistəm. Anan isə pulu idarə edir, demək ki, o, hökümətdir. Baban isə pulun düzgün idarə edilib-edilmədiyinə nəzarət edir, demək ki, o parlamentdir. Qulluqçu qız isə, işçi sinifidir. Bizim hamımızın isə bir hədəfi vardır, sənin həyatının daha rahat olması. Başqa sözlə, sən də xalqsan və ananın indicə pampers taxdığı balaca körpə isə xalqın gələcəyi...
İndi de görüm başa düşdün?

Özünü Leopara Yaxın Hiss Edən Ceyran (4 şəkil)

Şəkildə gördüyünüz ceyran özünü leopar ailəsinə yaxın hiss eləyib özü öz xoşu ilə gəlib onların yanına. Leoparın onun başını "sığallaması" belə ceyranı qorxuzmur, əksinə o da buna qarşılıq olaraq özünü leopara sürtüşdürüb sevgisini göstərmək istəyir. 1-ci şəkli ilk dəfə xarici bir saytda görmüşdüm və şəkilə yazılan şərh çox maraqlı idi. Olduğu kimi tərcüməsini paylaşıram sizinlə: "Hətta heyvanlar belə bir-biri ilə mehriban şəkildə zor tətbiq etmədən davranmağı və sülh şəraitində yaşamağı öyrəndilər, ancaq insanlar hələ də bir-birlərini öldürməklə məşğuldurlar." Maraqlı şərh idi ta ki, növbəti şəkilləri görüb vəziyyəti başa düşənə qədər...

ShareThis