2011/07/19

Sosial Şəbəkələrdən E-mail Adreslərinə Gələn Bildirişlərin Dayandırılması!

Əgər sizin də e-mail adresiniz Facebook və Twitter sosial şəbəkələrindən gələn yüzlərlə lazımsız bildiriş məktublar üzündən istifadəyə yararsız olubsa, narahat olmayın, bu videoya baxmaqla problemi aradan qaldırmış olacaqsınız. Artıq e-mail adresinizi rahatlıqla istifadə edə bilərsiniz... :)

2011/07/18

Dünyanın Ən Seksi Müəlliməsi Çində Yaşayır (45 Şəkil)

Meet Zhu Songhua adlı və "Dünyanın Ən Seksi Müəlliməsi" ləqəbini daşıyan bu xanım Çində yaşayır. Baxmayaraq ki, üzündə həddindən artıq kosmetika var, ancaq məncə, o, kosmetikasız da çox gözəl görünür. Yeri gəlmişkən, onun dərslərindən tələbələri nəsə öyrənə bilirlər, yoxsa yox, həqiqətən bu, mənim üçün çox maraqlıdır. :)

Ana Ayı Onun Balalarına Hücum Edən Pələngə Qarşı (12 Şəkil)

Şəkillər bir fotoqraf tərəfindən maraqlı bir zamanda çəkilmişdir. Belə ki, ana ayı üzərində öz yeni dünyaya gəlmiş balaları ilə birlikdə yemək axtarışına çıxmışlar. Bu vaxt onların qarşısına bir pələng çıxır və pələng ana ayını qorxudub qaçırtmaqla balalarını ələ keçirdib yemək istəyir. Ancaq ana ayının balalarına olan sevgisi onu öz həyatını təhlükəyə atması bahasına belə olsa, geri çəkilmir, əksinə pələngi qorxudaraq həmin ərazidən qaçmasına nail olur.  

Kazino Qızları (30 Şəkil)

Yəqin ki, TV-də ayrı-ayrı xarici filmlərə baxarkən onlarda göstərilən kazino sujetlərinin çox böyük əksəriyyətində açıq-saçıq geyimlərdə olan qızların olduğuna rast gəlmisiniz. Filmlərdən insanlara çatdırılan fikir isə çox sadədir. Çünki kazinolara gələn imkanlı şəxslərin diqqətini çəkən ilk növbədə orada olan gözəl qızlar olur. Belə gözəl qızlar isə onları həm kazinoda çox qalmağa və təbii ki, daha çox pul xərcləməyə də vadar edir. Əlbəttə bundan ən çox qazanan isə həmin kazinonun sahibləri olur.

Çinli Tələbələr Yayın İstisindən Necə Qorunurlar? (15 Şəkil)

Şəkillər Çinin Vuhan adlı şəhərində təhsil alan tələbələrin günlük həyatını ortaya qoyur. Universitetlərin yataqxanalarındakı vəziyyətin acıncaqlı olması və ümumiyyətlə yay mövsümündə tələbələrin istidən qorunmaları üçün heç bir şəraitin olmaması, həmin şəraitin tələbələrin özü tərəfindən yaradılmasını zəruri edir. Beləliklə, şəkillərdə Çinli tələblərin istidən özlərini qorumaları üçün ən ağlagəlməz variantlara baş vurduqlarını görəcəksiniz.

Dünyanın Ən Gözəl Əkiz Qızları (27 Şəkil)

Dünyanın hər il keçirilən "Ən Gözəl Əkiz Qızlar" yarışmasının 2010-cu il müsabiqəsindən görüntülər...
Bu qızlar sadəcə gözəl və cazibədar olmaları ilə deyil, eyni zamanda müəyyən bacarıqlarının olması ilə də fərqlənirlər. Yəni qeyd etdiyim kimi, yarışma sadəcə qızların (əkiz bacıların) xarici görkəmi ilə deyil, habelə onların hər hansı sahədə olan qabiliyyətlərini də nəzərə almaqla təşkil olunur.
16+

2011/07/15

2011-ci İlin Ən Eybəcər İti Seçildi (17 Şəkil)

Şəkildə gördüyünüz ilk baxışdan sevimli görünən bu it 2011-ci ilin ən eybəcər iti seçildi. Belə ki, hər il Kaliforniya ştatındakı Petaluma şəhərində keçirilən 23-cü "Dünyanın Ən Eybəcər İti" yarışında 14 yaşlı çin əsilli Chihuahua cinsi bu it qalib gəldi.

Su Üzərində Batmadan Sərbəst Hərəkət Edə Bilən Adam (6 Şəkil)

Şəkildə gördüyünüz bu adam necə edirsə sürətlə hərəkət edərək suyun üzərində batmadan gəzə bilir. Maraqlısı odur ki, onun üzərində ona belə qeyri-adi enerji verəcək hər hansı aparatın da olduğu görünmür. Bəlkə də kifayət qədər sürətli olması üçün hansısa narkotik maddədən istifadə etmişdir. Ya da bəlkə də 
sadəcə "Redbull" içib suda artistlik edir. Axı "Redbull" qanadlandırır... :)

2011/07/07

Facebook'da Səhifəni "xakerlərdən" Necə Qorumaq Olar?

Facebook'da son vaxtlar Azərbaycanlı istifadəçilər arasında səhifə yaratmaq çox geniş yayılmışdır. Demək olar ki, hər adda, hər mövzuda səhifələrə rast gəlmək mümkündür. Lüzum olmadığı halda belə, eyni məzmunlu, hətta bəzi hallarda eyni adlı çoxlu sayda səhifələr yaradılır ki, həmin səhifələrin də bir çoxu qısa müddətdən sonra onlara olan marağın itməsi, yaxud səhifənin yenilənmə prosesinin çox zəif olması, ya da səhifənin ələ keçirilməsi nəticəsində istifadəsiz qalır. 

Dünyanın Ən Təhlükəli İtləri (10 Şəkil)

Bu listdə dünyanın ən təhlükəli 10 it cinsi ilə tanış olacaqsınız. Təbii ki, listi təqdim etməzdən öncə qeyd etmək lazımdır ki, bu siyahı sadəcə həmin itlərin sahiblərinin vermiş olduqları rəyə əsasən hazırlanmışdır. Yəni heç də hər zaman bu itlər təhlükə mənbəyi olmurlar, bəzən onların içindən insanlar üçün əsl "dost" olan itlər də çıxır. İndi isə onluqla tanış olaq. :)

2011/07/06

Zibillik İçində Batan Şəhər - Qahirə (45 Şəkil)

Misirin paytaxtı Qahirənin 8 milyondan çox əhalisi vardır. Bu qədər çox insanın şəhəri sürətli çirkləndirməsi də müəyyən mənada normaldır. Bu zibillikləri təmizləyən isə "Zabbaleen" adı verilən qrupdur. Bu sözün ərəbcədən tərcüməsi "zibil insan" deməkdir. Bu qrupa xristiyanlar daxildir və şəhərin bütün zibilliklərini təmizləmək də onların öhdəsinə buraxılmışdır. Zabbaleen'lər qeydiyyata alınmadan fəalliyyət göstərirlər və onlar təxminən bu işlə 100 ildir ki, məşğul olurlar. Onlar zibillikləri gəlib toplayıb şəhərdən bir neçə km aralıdakı yaşadıqları yerlərə aparırlar və orada həmin zibilləri ayırd edir istifadə ediləsi əşyalar tapdıqda özlərində saxlayır, yaxud onlar təmir edib yenidən ucuz qiymətə satışa çıxardırlar. Onlar ayrı-ayrı müəssisələrlə də çox vaxt razılaşırlar və çox kiçik haqq müqabilində və ya çox vaxt da pulsuz həmin müəssisənin tullantılarını gəlib aparırlar. Hətta onların yaşadığı binalar belə zibilliklərlə doludur. Bunu siz şəkillərə nəzər saldıqda da aydın şəkildə görəcəksiniz. Zabbaleen'lərlə bağlı türk dilində çox maraqlı məlumatlar tapdım, bütün informasiyanı tərcümə etmək çox vaxtımı alardı, ona görə də türk dilində sizə təqdim etməli oldum. Şəkillərə nəzər saldıqdan sonra, məqalə ilə də tanış ola bilərsiniz...

Trinidad'da Asfalt Göl (18 Şəkil)

Əvvəlcə asfalt barədə məlumat verim. Vikipediya'da yazıldığı kimi asfalt dedikdə, Xam neftin işlənməsi nəticəsində tərkibində ağır metalların və kükürd olan yan məhsul başa düşülür. Asfalt əsasən yol örtüyü olaraq, bəzən də evlərin damlarını möhkəmləndirmək üçün istifadə olunur. 
Asfalt göl olaraq da tanınan və əsl adı "Pitch" olan bu göl Mərkəzi Amerika regionuna daxil olan Trinidad adlı dövlətin ərazisində yerləşir və dünyanın ən nadir və qeyri-adi göllərindən biridir. Dövlətin ərazisi və gölün yerləşdiyi coğrafi mövqe barədə aşağıdakı şəkillərdə yer ayrılmışdır. İnsanlar bu gölün üzərində sərbəst hərəkət edə bilərlər. Çünki gölün üzəri dünyanın ən böyük və təbii yolla yaranan asfalt qatı ilə örtülmüşdür.

2011/07/05

Müxtəlif Ölkələrdə Yay Necə Keçir? (31 Şəkil)

Yayın gəlməsi, havaların istiləşməsi kimilərini çox sevindirsə də, kimilərinə böyük problemlər yaradır. Məsələn, baş verən yanğınlar həmin adamların evlərini və onlara məxsus olan digər əmlakları ciddi şəkildə zədələyir. Onlar üçün yay, xüsusilə də həmin ilin yayı heç vaxt xatırlamaq istəməyəcəkləri bir zaman olur. Ancaq bəziləri üçün isə Yay fəsli ən sevimli fəsildir. Çünki uzun zamandan bəri həsrətlə baxdıqları dənizə məhz Yayda girmək imkanı əldə edirlər. Yaxud başqa yollarla yayın istisində həzz almağı bacarırlar. Özü də tək insanlar yox, habelə heyvanlar da. Lakin dənizə girmək qaydası da hər ölkələrin adət-ənənəsindən, qayda-qanunundan asılı olaraq da müxtəlif olur. Yəqin görmüsünüz, bir fars ailəsinin dənizə hansı geyimdə girməsini... :)

2011/07/04

Müxtəlif İllərdə Nüvə Silahlarının Sınaqdan Keçirilməsi (28 Şəkil)

Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

Taylandda Bomba Yerləşdirilmiş Avtomobillə Terror Aktı (7 Şəkil)

Hadisə Taylandda baş vermişdir. Polisə küçələrdən birindəki avtomobilə bomba qoyulması ilə bağlı anonim zəng gəlir. Bu xəbəri aldıqdan sonra dərhal polislər bomba üzrə xüsusi mütəxəsisləri də özləri ilə götürərək şübhəli bilinən avtomobilin yerləşdiyi küçəyə gəlirlər. Bomba üzrə mütəxəsislərdən biri avtomobilə yaxınlaşır və tam başını avtomobilin pəncərəsindən içəri salmaq istəyirdi ki, bomba işə salındı və güclü partlayış baş verdi. Xoşbəxtlikdən, küçədəki insanlar hadisə yerindən uzaqlaşdırıldığından onlara zərər dəymədi. Bomba üzrə mütəxəsis isə özünü kənara atdı və əgər bir neçə saniyə də geciksəydi, artıq o da həyatda olmayacaqdı. Tayland hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, hadisənin törədilməsində təqsirkar Taylandda separatçılıq edən qruplaşmaq məsuliyyət daşıyır.

İran Hərbi Qüdrətini Nümayiş Etdirərkən (71 Şəkil)

Şəkillərdə öz hərbi qüdrəti ilə tez-tez öyünən İranın hərbi texnikasını, habelə əsgərlərini görəcəksiniz. İran əsgərlərinin döyüş əzminin, həmçinin iradələrinin hansı səviyyədə olması barədə bir şey deyə bilmərəm, ancaq ondan əminəm ki, İranın yuxarı dairələri əgər həqiqətən də bu texnikaya əmin olub İsrail və ABŞ əleyhinə tez-tez fikirlər səsləndirirlərsə, cəhənnəmə getməyə tələsirlər. Hərbi texnikaya ilk baxışdan böyük hissəsinin Sovet istehsalı köhnə silah-sursat olduğu bəlli olur. Məncə bu texnika ilə İran ən yaxşı halda vəhşi heyvanlar ovlaya bilər. :) Əlavə olaraq bir məlumatı da qeyd edim ki, 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsində İran tərəfindən tam bir milyon əsgər məhv olmuşdur və çox təəssüflər olsun ki, onların da ən azı yarsı əksəriyyəti azərbaycan türkləri olmaqla İranın türk əsilli vətəndaşlar idi...

2011/07/02

Sualtı Dünyanın Canlı Aləmi (21 Şəkil)

Su altındakı canlı aləmdən maraqlı görüntülər...

Supermodellər Kosmetikasız Necə Görünür? (10 Şəkil)

Supermodellərin əksəriyyəti internetdə qarşımıza çıxan şəkillərdə, yaxud TV-də göründüyü kimi gözəl və cazibədar deyildirlər əslində. Onları bizə cazibədar göstərən makyajın möcüzələridir, onların özündə fərqli heç nə yoxdur əslində. :) Şəkillərdə dünyanın tanınmış bir çox supermodellərini makyajsız görəcəksiniz. Makyajsız necə qorxulu göründüklərinin özünüz də şahidi olun. :) Bundan sonra, gecələr onlarla xəyallar quranda 2-ci dəfə də düşünün. :)) Yeri gəlmişkən, öncədən xəbərdarlıq edim ki, ürəyi zəif olanlar baxmasın... :))

Çilidəki "Puyehue" Vulkanının Partlayışından Maraqlı Görüntülər (20 Şəkil)

Puyehue vulkanı eyni adlı gölün cənub sahillərindən görünür. Çili ərazisində yerləşir. Hündürlüyü 2.236 metrdir və dəniz səviyyəsindən olan yüksəkliyi isə 1800 metrə bərabərdir. Çili seysmik cəhətdən fəal zonada yerləşdiyindən orada tez-tez vulkanların və zəlzələlərin aktivlik göstərməsi də normal qarşılanır. Hətta yerli fotoqraflar belə vulkan partlayışları zamanı meydana çıxan möhtəşəm görüntüləri çəkərək fotokameralarının yaddaşına köçürür və sonra xarici mətbu orqanlarına baha qiymətə də satırlar. Son illərdə vulkan xüsusilə aktivləşmişdir. Ən son partlayışlar isə keçən ayın əvvəllərində müşahidə olunmuşdu. Həmin vaxt Çili höküməti o ərazidən 3500 -dən çox sakini evekuasiya etmişdi. Bir maraqlı məlumatı da qeyd edim ki, bu yaxınlarda facebook'dakı xarici səhifələrdən birində oxuduğuma görə, vulkanların yerləşdiyi ərazilərdə torpaqlar daha zəngin olur, yəni belə torpaqlar həm əkinçilik üçün faydalı olurlar, həm də yeraltı sərvətləri də müqayisədə çox olur...

Kompüterdə Çox Oyun Oynamağın Zərərləri (8 Şəkil)

Bu layihə İOCOSE və Matteo Bittanti tərəfindən birgə hazırlandı. Məqsəd isə diqqətləri kompüter oyunlarının insanlarda yarada biləcək mümkün deformasiyaları göstərmək idi. Görünür ki, layihə həqiqətən də uğurlu alınıb. Çünki hazırlanan şəkillər və onların insan sağlamlığında yarada biləcəkləri mənfi effektlər yüksək səviyyədə şəkillər vasitəsi ilə ifadə edilib. Şəkillərdə həddindən çox kompüter işlədən və ya oyunlar oynayan istifadəçilərin barmaqlarında, əllərində, habelə gözlərində yarana biləcək fəsadlar əyani şəkildə göstərilir. Təbii ki, yazının əvvəlində də qeyd etdiyim kimi, bunlar sadəcə bir layihədir, ancaq gerçək olma ehtimalı da 100%-dir. Ona görə də, kompüterdən istifadə edərkən, yaxud video oyunları oynayarkən "hər şey qədərində" yaxşıdır misalını yaddan çıxarmayaq...

Rus Gəncliyinin Tüfeyli Həyatı (5 Şəkil)

Bu şəkillər bir neçə gün bundan öncə Moskvadakı bir magistral yolda çəkilmişdir. Avtomobilin sürəti təxminən 60 km/h idi. Şəkillərdən də aydın olduğu kimi, maşındakı gənc oğlanlar və qızlar spirtli içkini - vodkanı içib və bəlkə də, narkotik maddə də qəbul edib yenə açarlarını itirmişdilər. Xoşbəxtlikdən, onların heç biri idarəetmələrini itirib, avtomobilin üzərindən yerə yıxılmadılar...

Yunan Əsgərlərinin İradəsi (1 Şəkil)

O, Yunan Parlamentini iğtişaşlar yaradan qruplardan qorumaq məqsədi ilə həmin əraziyə yerləşdirilmiş yüzlərlə hərbi qulluqçudan biridir. Hətta polis həmin qrupu dağıtmaq üçün düz onun yanında gözyaşardıcı qazdan istifadə etsə belə, o, gözlərindən yaşın axmasına baxmayaraq, əvvəlki duruşunu itirmədi. Şəkil 2007-ci ildə çəkilmişdir, buna baxmayaraq hələ də, çox təsiredici bir iradəni sərgiləyir...

2011/07/01

Dünyanın Dəniz Üzərindəki Ən Uzun Körpüsü (14 Şəkil)

Dəniz üzərində yerləşən Dünyanın ən uzun körpüsünün tikintisi nəhayət Çində başa çatdırıldı və istifadəyə verildi. "Jiaozhou" adı verilən körpü 42 km uzunluğundadır. Körpü Çinin cənub-şərqi liman şəhəri olan Qingdao şəhəri ilə sahildən xeyli aralıda yerləşən Huangdao adası ilə birbaşa əlaqə yarada bilmək üçün nəzərdə tutulmuşdur.

ShareThis