2011/06/29

Will Smith 'in 1.8 Milyon Dollarlıq Treyleri (12 Şəkil)

Bu şəkillərdə tanınmış aktyor Will Smith 'in 1.8 milyon dollar dəyərində olan treyleri ilə tanış olacaqsınız. Yəqin ki, belə bir şey dünyada yalnız onda ola bilər. Kimin ağlına gələ bilər ki, o treylerin içi super şəraitdə olan iki mərtəbəli bir evdir? :) 

Porsche 911 'in İnkişaf Tarixçəsi (11 Şəkil)

Gəlin baxaq görək, Porsche 911 arxamızda buraxdığımız əsrdən bu günə kimi necə dəyişib, fərqliləşib. Bu şəkillərdə təxminən ilk istehsal edildiyi vaxtlardan bu günə kimi olan dəyişiklikləri görə biləcəksiniz. Bu isə 50-60 il ərzində edilən dəyişikliklər deməkdir...

2011/06/27

Porsche 911 'i Necə Məhv Etmək Olar? (16 Şəkil)

Şəkillərdə görəcəyiniz Porsche 911 'in sahibi Massachusetts ştatından olan zəngin bir şəxs idi. O adı qeyd olunan maşınla qəza törətdi və ondan sonra avtomobil xeyli zədələnmişdi, ancaq avtomobilinə olan sevgisi yenisini ala biləcək qədər imkani olmasına baxmayaraq, bunu etmədi və əlavə 20 min dollar xərc çəkərək yenidən onu təmir etdirdi. Lakin təmir olunmasına baxmayaraq, avtomobil ona əvvəlki rahatlığı vermədi və ona olan marağı da itdi. Nəticədə avtomobildən ömürlük qurtulmaq qərarına gələn bu şəxs onu Amerika Silah Klubuna hədiyyə etdi. Silah klubuna hədiyyə olunan maşının başına baxın, sonra nə gəldi. Silah kluna üzv olan şəxslər hissə-hissə həmin avtomobili nişan alaraq ağır silahlarla atəş açdılar. Sadəcə bir neçə dəqiqə davam edən atəşdən sonra, avtomobil tanınmaz hala gəldi. Yazış maşın, o buna layiq deyildi...

2011/06/26

Elly - Vyetnamı Dünyaya Tanıdan Məhşur Qız (30 Şəkil)

Viyetnamla bağlı yəqin ki, çoxunuzun məlumatı çox azdır. Bu da onunla bağlıdır ki, iqtisadi inkişaf cəhətdən geridə qalmış bir dövlətdir, qapalıdır. Buna görə də dünyaya inteqrasiya prosesi çox zəif gedir. Şəxsən mənim Vyetnamla bağlı olan məlumatlarım onun yerləşdiyi coğrafi mövqe və Vyetnan müharibəsi ilə bağlı olacaq informasiyalar qədər məhduddur. Şəkillərdə görəcəyiniz bu qızın adı Elly-dir. Yəqin ki, bu onun əsl adı deyil, sadəcə yaddaşda yaxşı qalması üçün bir növ ləqəb kimi bu ad verilib ona. Bu qızın Vyetnamı bütün dünyaya tanıtmasında nə qədər böyük rolu olduğunu bilirdinizmi? Yəqin ki, yox. 

2011/06/24

Romantikanın Sonu :) (3 Şəkil)

Şəkillər yenə Çində çəkilmişdir. Bir cütlük yağşlı bir gündə parkda mehriban şəkildə gəzirlər. Ancaq onları bir neçə dəqiqə sonra gözləyən fəlakətdən xəbərləri belə yoxdur. Həmin an bundan xəbəri olan yeganə şəxs çox güman ki, onların şəkillərini çəkəcək olan fotoqrafdır. :) Fotoqraf əvvəlcə onların bir şəklini çəkir. Daha sonra isə baş verəcək daşqının olmasını gözləyir. Hər şey istədiyi kimi olur. Qəfil gələn su cütlüyü şok vəziyyətinə salır. Ancaq mənə nəsə maraqlı gələn oğlanın suda nə etmək istəməsidir. Bir əli qızda, bir əli də çətirdə olan o oğlanın həmin vaxt niyyəti, məqsədi nə ola bilərdi ki? :)

Təhlükəsiz İş? - Bu Sözlər Onlara Çox Yaddır (17 Şəkil)

Şəkillərin hamsı Çində çəkilmişdir. İşçilər Şifou sıldırım dağlarında hərəkət edə bilmək üçün bir kiçik körpü tikirlər. Şəkillərdən də aydın olduğu kimi, onların heç bir təhlükəsizliyi təmin olunmayıb və kiçik bir səhv belə onların həyatına son qoya bilər. Çox güman ki, bu, heç onları orda işəgötürən şəxsin vecinə də deyil. Çində insan çoxdur, biri ölsə belə, milyonlarla başqası həmin işdə sevə-sevə işləməyə hazırdır ideologiyası belə təhlükəli işlərdə fəhlələri çalışdıranlar üçün rəhbər prinsipdir.

Əgər Uşaqlar Valideyn Olsaydılar... (13 Şəkil)

Əgər uşaqlar valideyn olsaydılar, onda görüntülər bu şəkillərdə olduğu kimi olacaqdı... :)

Çin Əməliyyatçılarının Narkotika Ovu (8 Şəkil)

Çində polislər tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində xeyli miqdarda narkotik vasitələr həb formasında əldə edildi. Növbəti mərhələ isə, onların məhvi idi. Ancaq bu kimi həb formasına salınmış narkotik maddələrin yandırılması, əslində ətrafa çox təhlükəli qazların da yayılmasına səbəb olur ki, bu da həmin zonada yaşayan insanların sağlamlığı üçün real təhlükə yaradır. Qərb mətbuatlarının da bu məsələni bir neçə işıqlandırmasına baxmayaraq, Çində hər il xeyli sayda narkotik vasitələr bu yolla məhv edilir. 

2011/06/23

Facebook'da Səni Kimin Dostluqdan Sildiyini Öyrən! (1 Şəkil)

Facebook istifadəçisi olan hər bir kəs bilmək istəyir ki, dostluq listində olanlardan kim onu silmişdir. Əslində bunu bilmək onun haqqıdır. Ancaq nədənsə Facebook rəsmi olaraq bu cür xidməti istifadəçilər üçün təqdim etmir. Bəlkə də, bu xidməti aktiv etsə, ondan sonra yaranacaq dava-dalaşları, qırğınları, söyüşləri düşünür. :) İndi bəzilərinin ürəyindən Mail.ru keçir. Fikirləşirlər ki, "heyif deyildi, kimsə silən kimi birbaşa xəbərdarlıq gəlirdi, söhbəti çürüdürdük". :) Ancaq bəzi yollarla da olsa, Facebook-da da kim tərəfindən silindiyinin öyrənilməsi mümkündür. 

2011/06/21

Ən Təhlükəli Körpülərdən Biri - Hussaini Körpüsü (6 Şəkil)

Hussaini körpüsü Pakistanda Borit gölünün üzərində yerləşən asma körpüdür. Bu körpü bütün dünyaya ən təhlükəli olaraq bilinən kəndirdən ibarət körpüdür. Həmçinin bu körpü çox dar və qədimdir. Körpü göldən xeyli hündürdə yerləşir və uzun müddətdir ki, təmir-bərpa işləri aparılmadığından körpünün üzərindəki taxtaların da bir çoxu artıq suya düşərək yox olmuşdur. Ancaq təəssüf ki, yerli o ərazidə yaşayan insanlar hələ də bu qorxulu körpüdən istifadə etmək məcburiyyətindədirlər, çünki bu körpü onlar üçün iri şəhərlərə getməkdə yeganə keçid rolunu oynayır.

Şəkildəki Kərtənkələni Görürsünüzmü? :) (3 Şəkil)

Əvvəlcədən onu deyim ki, heç bir fotoşop və ya bənzəri başqa proqramlardan istifadə olunmayıb. Tamamilə təbiətdən çəkilmiş təbii şəkildir. Şəkilə ilk baxışdan ağacdan başqa adamın gözünə heç nə dəymir. Ancaq bu şəkildəki ağacda ona gizlənmiş, daha dəqiqi bədəninin dərisini ağacın rənginə uyğunlaşdırmış bir kəntənkələ var. Gözlərinə güvənən aşağıdakı şəkillərə baxmadan tapsın o kərtənkələni indi. :) 

Ölümdən Son Anda Qurtulmaq (4 Şəkil)

Şəkillər Çində bir vətəndaş tərəfindən çəkilib. Gördüyünüz kimi hündürmərtəbəli binanın üstdəki mərtəbələrindən birində oynayan uşaq idarəetməsini itirir və aşağı düşür, ancaq təsadüfən o, tikilinin divarına bərkidilmiş kondisionerlə divarın arasında sıxışıb qalır və bu, onu yerə düşməkdən son anda xilas edir. Növbəti mərhələ isə, uşağın sıxışmış olduğu yerdən çıxarılması olur. Şəkildəki şəxs də həyatını təhlükəyə atma bahasına belə olsa, onu sıxışdığı yerdən çıxarda bilir. Adətən filmlərdə gördüyümüz belə inanılmaz təsadüflər bu dəfə də çinlilərdə gerçək oldu. Çinlilər çox qəribə və bir o qədər də maraqlı xalqdırlar. Nəysə, Türklər demişkən, "mutlu sonluk". :)

2011/06/20

Bu Şəkillərin İnternetə Düşməsi Onları Biabır Etdi (20 Şəkil)

Ona görə də harda, nə vaxt və kiminlə şəkil çəkdirdiyinizə diqqət edin. :)
Ya da əli kameralı və şübhəli-şübhəli baxışlarla sizdən gözünü ayırmayanlardan uzaq olun. :) Şəkillərin bəziləri 16+ olduğundan, bütün arxivə baxmamışdan öncə, bunu nəzərə alın!

2011/06/19

Çində Uşaq Əməyinin İstismarı (20 Şəkil)

Uşaq əməyinin ən çox istismar olunduğu ölkələrdən biri də Çindir. Əsas səbəb kimi isə, iqtisadi vəziyyətin ağır olması göstərilir. Təbii ki, müxtəlif ağır şəraiti olan işlərdə uşaq əməyinin istismarına daha çox Çinin zəif inkişaf etmiş və diqqətdən kənarda qalmış qərb bölgələrində rast gəlinir. İqtisadi cəhətdən daha çox inkişaf etmiş şərq bölgələrində isə vəziyyət nisbətən qənaətbəxşdir.
Çində uşaq əməyinin istismarını əks etdirən şəkillər toplusu...

ABŞ-da 1908-1912-ci İllərdə Uşaq Əməyinin İstismarı (35 Şəkil)

20-ci əsrin əvvəllərində ABŞ-da sosial iqtiadi vəziyyətin ürəkaçan olmaması uşaq əməyinin də geniş yayılmasına səbəb olmuşdu. Həmin illərdə uşaq əməyindən istifadə artıq adi bir hala çevrilmişdi. Həmin uşaqların hər biri çox kiçik yaşlarından ən ağır işlərdə çalışmalı olmuş və əksəriyyəti də çox vaxtsız şəkildə dünyalarını dəyişmişdilər. Çünki işlədikləri şərait və qazandıqları pul onların günlük ehtiyaclarını belə ödəmirdi. Onların demək olar ki, tam əksəriyyəti təhsil ala bilməmişdilər. Buna baxmayaraq, sonralar onların içərisindən ABŞ-ın gələcəyi üçün çox böyük işlər görmüş tanınmış şəxsiyyətlər belə çıxmışdır. Hal-hazırda isə dünyanın bütün inkişaf etmiş dövlətlərində də uşaq əməyindən istifadə edilir, ancaq uşaq əməyindən pis formada (cinsi istismar və s.) qətiyyən yolverilməz hallardır. 
Şəkillər ABŞ-ın müstəqillik qazandıqdan sonrakı dövrünün və sosial iqtisadi vəziyyətinin reallıqlarını əks etdirən mükəmməl arxivdir...

Facebook'da Rast Gəlinən Ən Xoşagəlməz Şəkillər (22 Şəkil)

Facebook'un milyonlarla üzvü, istifadəçisi var və inanın ki, burda hər təbiətli, hər xasiyyətli insanlar var və bir qədər də çalışsanız bunu asanlıqla özünüz də müşahidə edə bilərsiniz. Bu şəkillər də elə qəribə insanların Facebook'a yüklədiyi özləri kimi xoşagəlməz görüntülərdir. Əslində bəzilərində həmin şəxslər inzibati və hətta cinayət məsuliyyətinə belə cəlb edilməlidirlər...

Mənasız Xəbərdarlıq (1 Şəkil)

Yəni o ucu şiş fason olan qəribə dəmirlərin üzərində oturmağı fikirləşən kimsə ola bilər ki?!
Amerkanların bəzən belə mənasız xəbərdarlıqları olur da fikir vermiyin! :)

2011/06/18

Satışları Artıracaq Dahiyanə Fikir (1 Şəkil)

Ticarətlə məşğul olan insanların hər zaman beyinlərini "masaj" edən bir şey olur: "Satışları necə artırmaq olar?" Təbii ki, hər birinin də özünəməxsus variantları, yolları olur. Bu şəkildə isə atını satmaq istəyən adamın ağlına çox parlaq bir fikir gəlib. O, atını satmaq üçün xərc çəkib harasa elan vermək və nə qədər gözləmək əvəzinə, elanın özünü atın üzərində yerləşdirib. :) Beləliklə, atı görən hər kəs, onun satışa çıxarıldığını da anlamış olur. Hmm, bu adamın başı babat işləyir. :)

Ağsaqqalın Dünyadan Xəbəri Yoxdu! (1 Şəkil)

Bu gün rast gəldiyim maraqlı və gülməli şəkillərdən biri... :) 
İlk baxışda şəkildə qəribə və ya fərqli görünən heç nə yoxdur. Yaşlı adam səhv etmirəmsə, ictimai nəqliyyat vasitələrindən birində əyləşib harasa gedir. Özü də şəkildən də aydın olduğu kimi nəsə kefsiz, problemi varmış kimi görünür. Bəlkə də, elə ona görə də əlində tutduğu sumkanın üzərinə "Shopping Bitch" ifadəsinin yazıldığına fikir verməyib. :) "Shopping Bitch" -ingilis dilindən tərcümədə "bazarlıq etməyi xoşlayan fahişə" mənasını verir. Şəkli çəkən adam da belə mırt vəziyyəti heç əldən verməyib, şəkli vaxtında çəkib. :)

2011/06/17

ABŞ-da Evsizlər və Onların Həyatı (44 Şəkil)

ABŞ-da 2008-ci ildən iqtisadi vəziyyətin bərbad vəziyyətə düşməsi bəzi şəhərləri "boşaltmaqla" yanaşı, yüzminlərlə insanı da evsiz qoydu. İqtisadi vəziyyətin gərginləşməsi xeyli sayda insanları da artıq yeni yaşayış yerini istəməsələr belə, seçməyə məcbur etdi. Artıq küçələr onların yeni "evləri" idi. Lakin axşamlar ABŞ küçələrinin nə qədər təhlükəli olduğu ABŞ-da olanlara çox yaxşı məlumdur. Tez-tez belə evsizlərə qarşı da motivi anlaşılmayan səbəblərdən hücumlar edilir. Təkcə 2008-ci ildə evsizlərə qarşı 116 hücum faktı olmuşdur ki, onların da 27-i ölümlə nəticələnmişdir. Florida ştatında belə evsizlərə, bomjlara qarşı hücumlar digər ştatlardan daha çox olur. Ancaq bir faktı da qeyd etmək lazımdır ki, evsizlərə qarşı edilən hücumların sayı rəsmi statistikada göstərildiyindən daha çoxdur. Bir çox hesabatlara görə, evsizlərə qarşı edilən hücumların səbəbi məlum olmasa da, bəziləri bunu sırf əyləncə, həyəcan və adrinalin üçün edirlər.

Titikaka Gölündə "Üzən" Adalar (12 Şəkil)

Titikaka gölü Boliviya və Peru sərhədlərində yerləşən Cənubi Amerikanın ən böyük şirinsulu gölüdür. Bu gölü başqalarından fərqləndirən bir cəhəti də dünyanın ən hündürdə yerləşən gölü adını daşımasıdır. Tektonik çatlar nəticəsində meydana gəlmişdir. Nəysə, göl barədə bu qədər ümumi məlumat kifayət edər məncə. :) Peruda bu gölün sahilində və göldəki "üzən" adalarda Uros adı verilən tayfalar yaşayır. Yerli tayfalardır. Adalara "üzən" adının verilməsi isə, xeyli sayda kiçik adalarda məskunlaşmış və təxminən 2000-dən çox evləri olan bu tayfaların bir-biri ilə əlaqə saxlamaq üçün yeganə vasitələri özlərinin düzəltdikləri kiçik qayıqlarıdır.

Karib Dənizinin Adaları - Dünyadakı Cənnət Yerlər (18 Şəkil)

Karib dənizi və onda yerləşən adalar hər zaman öz gözəlliyi və möhtəşəmliyi ilə diqqətləri çəkmişdir. Elə ona görədir ki, hazırda dünyada turistlərin ən çox üstünlük verdikləri istirahət məkanlarından biridir Karib adaları. Təbii gözəllik adalara qeyri-adi görüntü verir. İsti yay günlərini keçirmək üçün oradan daha yaxşı yer ola bilməz... ;)

2011/06/15

İçib Açarını İtirənlər (36 Şəkil)

İçki o qədər də pis deyil, təbii ki əgər normasında içsəniz...Ancaq əgər normanı itirsəniz, hmm, bir gün şəklinizi belə bir kolleksiyada görsəniz, heç təəccüblənməyin... :)

Qum Dənələri Mikroskop Altında (11 Şəkil)

Mikroskop altında sanki hər şey realda insan gözünə göründüyündən daha fərqli, hətta daha gözəl görünür. Bu da onlardan biri. Adi halda bizə əhəmiyyətsiz gələn qum dənələri mikroskop altında olduqca gözəl görünürlər...

2011/06/14

Heyrətləndirici Küçə İlluziyaları (15 Şəkil)

İsveçin paytaxtı Stokholmdakı Sergel meydanından inanılmaz gözəllikdə olan heyrətləndirici illuziyalar turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir.

Bir Neçə Saata Döymə Üçün 3200 İynə (6 Şəkil)

7 iyunda Stayşa Randal adlı qız Ginnesin Rekordlar Kitabına düşməkdən ötrü öz həyatı və sağlamlığı bahasına olsa belə, 3200 iynənin döymə üçün qısa zaman ərzində ifadə edilməz ağrılara baxmayaraq, bədəninə sancılmasına izin verdi. Döymə, tatuaj işləri ilə məşğul olan Bil Robinzon bu işi həyata keçirdi. Rekordlar Kitabına adlarını yazdırdıqdan sonrakı sevincləri isə, şəkillərdə aydın görünür.
Belə bir şeyə razılıq vermək üçün insan nə qədər ağılsız olmalıdır, görəsən?

6 Əkiz: Əvvəl və Sonra (9 Şəkil)

Anna, Cenni, Keyt, Sara, Ras, Lusi adı verilən 6 əkiz körpə tam 27 il bundan qabaq İngiltərədə doğuldular. Şəkillərdə həm əkizlərin, həm də onların valideynlər Qraham (ata) və Ceynit (ana) -in keçən bu uzun zaman ərzində necə dəyişdiyini görəcəksiniz. Maraqlıdır, əkizlərin hamsı qızdır. Yəqin ki, onları saxlamaq və hər birinin nazı ilə oynamaq da ailə üçün əsl problem olubmuş. :) Həm də kim bilir onların evində nə qədər paltar var... :)

2011/06/10

ABŞ - Meksika Sərhədlərindən Maraqlı Görüntülər (32 Şəkil)

ABŞ - Meksika sərhədinin cəmi uzunluğu 3169 km-dir. Bu sərhəd Dünyada ən çox keçilən və istifadə olunan sərhəddir. Belə ki, hər il 250 milyondan çox insan bu sərhədləri keçir. Sərhədlər qanunsuz keçmələrin qarşısını almaq məqsədi ilə bir çox yerlərdə bir neçə "mərtəbəli" müdafiə olunur. Onu da qeyd etmək lazımdır ki, Latın Amerikası ölkələrində istehsal olunan və ABŞ-da qara bazarda satılan narkotik vasitələr müxtəlif yollarla bu sərhədlərdən keçirilərək ABŞ-a, Kanadaya gətirilir, satılır, milyonlarla insanın həyatını zəhərləyir. Bundan başqa, sərhədləri qanunsuz keçməyə cəhd göstərən miqrantların da sayı milyonlarladır. Daha yaxşı həyat ümidi ilə sərhədi keçənlər, əslində ABŞ-a problemlərdən başqa bir şey gətirmirlər. Ona görə də, sərhədlərin ciddi şəkildə mühafizə olunması çox vacibdir. ABŞ-ın Meksika ilə olan cənub-qərbi sərhədləri daha çox pozulduğundan ən çox bu hissədə mühafizə tədbirləri gücləndirilir. Şəkillər vasitəsi ilə hər gün ABŞ-Meksika sərhədlərində yaşananlarla tanış ola bilərsiniz...

Afrikada Qəribə Balıq Tutma Metodu (1 Şəkil)

Afrikanın əksər dövlətləri nə qədər geridə qalsa da, ancaq "aclıqdan ölməmək" üçün tətbiq etdiyi metodlar çox maraqlıdır. Bu da onların dənizdən balıq tutmaq üçün istifadə etdikləri bir yol. Bizə nə qədər yeni və qəribə görünsə də, bu, sadəcə onlar üçün, həyatda qalmaq üçün adi bir gündür...

Bu Şəkil Hamını Güldürəcək! :) (1 Şəkil)

Uşaq atasını peşman elədi, deyəsən... :))

Qurbağa vs Sincab : Ölüm-Dirim Mübarizəsi :) (17 Şəkil)

Ağacdan suya düşmüş bir sincab balası öz həyatını qorumaq üçün qurbağaya qarşı əsl mübarizə edir. Qurbağa onu suyun altına salmağa və boğmağa çalışsa da, sincab suyun üzündə qalmağa və üzüb özünü quruya çatdırmağa çalışır. Bir neçə dəqiqə davam edən ölüm-dirim mübarizəsindən sonra,  nəhayət sincab qalib çıxaraq özünü quruya çatdıra bilir. :)

2011/06/09

Özünü Təbii Apar! (1 Şəkil)

Avtomobil oğrusu iki itin dialoqu... :)

1-ci it: Mamed, YPX!!! Neyniyək indi?
2-ci it: Yandırma! Təbii ol... :)

Narkotika İstifadə Etməzdən Əvvəl və Sonra (1 Şəkil)

Şəkilin sol hissəsində gördüyünüz cazibədar qız 5 il öncə bir fotomodel idi. Ancaq 5 il ərzində qəbul etdiyi narkotik vasitələr onu sağdakı vəziyyətə saldı. Çox təəssüfləndirici bir görüntü...

Pasportdakı Şəkillə Reallıqdakı Görünüşün Fərqi (11 Şəkil)

Əgər fikir vermisinizsə, demək olar ki, həmişə insanın pasport üçün çəkdirdiyi şəkillə başqa vaxtlarda normal çəkdirdiyi şəkillər arasında çox fərq olur. Sanki, pasport üçün şəkil çəkdirən heç sən deyilsən, qətiyyən oxşamır. Bu şəkildəkilərin də problemi yuxarıda adını çəkdiyim şeydir. :) Ancaq bunların belə fərqli görünməsinin bir səbəbi də, deyəsən, hamsının səhər saat 7-də yuxudan duran kimi qaçıb-gedib pasport üçün şəkil çəkdirməsidir. Yəqin bəziləri sonra həmin şəkillərə baxanda, hətta infarkt belə keçirdiblər. :)

2011/06/08

Kolumbiyada Qəribə Mərasim (7 Şəkil)

Kolumbiyada keçirilən bu qəribə mərasim özünəməxsus cəhətlərə malikdir. Maraqlısı odur ki, onlar bu mərasimi palçığın içində, suya, torpağa özlərini bulaşdıraraq (donuzdan fərqləri yoxdur:), tonqalların arasında gerçəkləşdirirlər. Bunu onlar daha sağlam və gənc qalmaq məqsədi ilə etdiklərini, ruhlarını pis xüsusiyyətlərdən uzaqlaşdırmaq niyyət ilə həyata keçirdiklərini deyirlər.

2011/06/07

Azərbaycanda Ən Çox İstifadə Edilən Adlar (1 Şəkil)

Azərbaycanda yeni doğulanlara ən çox hansı adlar verilir? Hazırda Azərbaycanda ən çox hansı adlar üstünlük təşkil edir? Sualların cavabları bu şəkildə. Beləliklə, Azərbaycanda ən çox istifadə olunan 50 oğlan və 50 qız adı. :)

"Su" Qiymətinə Sərt Disk "10 MB = 3398$" (1 Şəkil)

Texnologiya hər keçən saat inkişaf edir. Hər keçən saat nəsə bir yenilik olur. Ancaq qiymət baxımından indiki dövr əvvəlki vaxtlarla müqayisədə çox insaflıdır. Şəkildə gördüyünüz sərt disk təxminən 1980-ci ilə aid bir jurnaldandır. Həmin ildə 10 MB üçün təklif olunan qiymət isə adamı şok edən bir məbləğdir. Tam 3398$. Kiçik bir riyazi hesablama ilə, o dövrdə 1 MB üçün ödənilən məbləğin 340$ olduğunu müəyyən etmək olar. Ancaq indiki zamanda 500 GB həcmindəki bir sərt diski 120-150$ almaq mümkündür. Fərqi hiss edin! =)

2011/06/06

Kişi və Qadın Facebook İstifadəçilərinin Fərqi (1 Şəkil)

Bu şəkili ilk gördüyümdə yadıma düşən ilk şey tipik 2 Azərbaybaycanlı Facebook istifadəçisi oldu... :)

Oğlanın profilində cəmi bir bildiriş var, ancaq qızın profilinə nəzər saldıqda ona göndərilən dostluqların, məktubların, bildirişlərin "sayı-hesabı" yoxdur. Özü də cəmi 1 həftə içində. Dəhşət! Bu qədər də yanıqlıq olar?! =)

Bu da Facebook'dakı oğlanlar və qızlar arasındakı ən böyük fərq! :)

Dubayda Tərk Edilmiş BMW M6 (8 Şəkil)

Dubayda tərk edilmiş bu gözəlçənin neçə aylardır orda olduğu artıq həmin ərazidə yaşayan hər kəsə yaxşı məlumdur. Ancaq heç kəs də o maşına toxuna bilmir, çünki hamı bir gün nə vaxtsa sahibinin geri dönə biləcəyi ehtimalını düşünür... Bəlkə də, sahibi o qədər imkanlıdır ki, heç bunu harda saxladığını belə xatırlamır, ya da sahibi artıq bu dünyada deyil, bəlkə də... Bəlkələri uzatmaq da olar... Ancaq bu cür maşını belə çirkli saxlamaq, onu təhqir etməkdən başqa bir şey deyil. :)

İspan Polisləri Bomjlara Qarşı Əməliyyatda (2 Şəkil)

İspaniyada may ayından Barselona şəhərindən başlanan mitinqlər qısa zamanda bütün şəhəri bürüdü. Üsyançılar kamplar quraraq meydanlardan çəkilməyəcəklərini bəyan ediblər. Bu iki şəkil isə şəhərdə may ayının 27-də çəkilmişdir. Şəkildə oturacaqlardan birində yatmış və heç mitinqdən xəbəri belə olmayan (olsa belə, onun üçün nə mənası var ki?) bir evsiz-eşiksizə ("xalq" arasında bomj da deyirlər) qarşı polislərin vəhşicəsinə hücum çəkməsi və onu döyərək oyatması görünür. Polislərin bunu hansı məqsədlə etdiyi bilinmir, ancaq real olan bir şey var ki, bunun adı vəhşilikdən başqa bir şey deyil!

2011/06/04

İspaniyadakı Mitinqlərdən Şok Görüntülər (12 Şəkil)

İspaniyada mitinqlər, nümayişlər davam edir. Nümayişlərin ilk günlərində polislər etirazçılara qarşı dinc münasibət bəsləsə də, ancaq bu şəkillərdən belə görünür ki, artıq polislərin də səbri kəsilib, ya da yuxarıdan mitinqi birdəfəlik boğmağı tapşırıblar. Şəkillər polislərin vətəndaşlarla necə kobud rəftar etməsinin əyani sübutudur.

Burada Hansı Heyvan Yaşayır? (3 Şəkil)

Yol qıraqlarında, əsasən, təmir vaxtları gördüyümüz bu konusların əslində bir yuva da ola biləcəyini heç ağlınıza gətirmisinizmi? :)
Onu qaldıranda, elə bir heyvanı görəcəksiniz ki, heç ağlınıza da gəlməz ki, belə bir yer həmin heyvanın "ağlına" necə gəlib. :)

2011/06/03

Dünya Xəritələri (14 Şəkil)

Dünən dünyanın bütün xəritələrini çətinliklə də olsa bir arada toplaya bildim. Şəkillər PDF formatındakı fayllarda olduğundan onları JPG formatına çevirmək xeyli vaxt aldı, ancaq yenə də istədiyimə nail oldum. :) 14 yüksək keyfiyyətli xəritədə siz dünyanın istənilən nöqtəsini yaxından görə bilərsiniz. Eyni zamanda, telefonda və başqa şəkil formatlarını dəstəkləyən cihazlarda istifadə edə bilərsiniz. Şəkillərin ölçüsü: 2125x2799 

Arxivə aşağıdakı xəritələr daxildir:

1) Afrika
2) Antarktida
3) Arktika
4) Asiya
5) Mərkəzi Amerika
6) Avropa
7) Yaxın Şərq
8) Şimali Amerika
9) Cənubi Amerika
10) Avstraliya və Okeaniya
11) Cənub Şərqi Asiya
12) Dünyanın Fiziki Xəritəsi
13) Dünyanın Siyasi Xəritəsi
14) Dünyanın Saat Qurşaqları Xəritəsi

2011/06/01

Meksikalı Narkobaronların "əl işi" Tankları (8 Şəkil)

Bu gördüyünüz qəribə görünüşlü zirehli maşın Meksika narkomafiyası tərəfindən orduya və polisə qarşı mübarizə aparmaq üçün hazırlandı. Adı "El Monstruo" -dur, 2011 modelidir. Hətta 100km/h sürətlə belə gedə bilir. Maraqlı isə odur ki, bu zirehli maşınlar əl işləridir, hər hansı zavod istehsalı deyil, məhz əl işləridir. Bu, heç də yeganə zirehli maşın deyil, 2010-cu il modeli də narkobaronların uzun müddət əsas "mühafizəçi" -lərindən olmuşdu. O, 40km/h ilə hərəkət edirdi. Zirehli maşınlar çox yüksək səviyyədə hazırlanmışlar, üzərlərində isə 10-12 nəfər şəxs yerləşib, küçədəki ordu və polisə atəş aça bilər. Meksikada ordu ilə narkobaronlar arasındakı küçə mübarizələrində tez-tez bu tipli əl işi olan zirehli maşınlara rast gəlmək mümkündür.

ShareThis