2011/05/29

Qızlar - Makyajdan Əvvəl və Makyajdan Sonra (21 Şəkil)

Makyaj möcüzələr yaradır. Hətta o, nə qədər baxımsız biri olursa olsun, onu ən azından "baxımlı" edə biləcək bir gücə malikdir. :) Şəkillərdə bir çox qadının makyajdan əvvəlki və makyajdan sonrakı şəkillərini görəcəksiniz. Həqiqətən də makyaj qadınlar üçün ən mükəmməl şeydir, harda olmaqlarından və vaxtın hansı vaxt olmasından asılı olmayaraq... :)

Müharibələrdən Gülməli Epizodlar (11 Şəkil)

Müharibələr - bəşəriyyət üçün onlardan daha dəhşətli nə ola bilər ki? "Müharibə" və "gülməli" sözləri bir-birlərinə necə uzaq görünsə də, bəzən müharibələrdə də gülməli epizodlar olur! :)

Şəkillər Arasındakı Yeddi Fərq Hansılardır? (2 Şəkil)

Hər iki şəkili birləşdirən iki ortaq cəhət var. Belə ki, ilk növbədə hər iki şəkildə tam yeddi ədəd fərq var. İkinci ortaq cəhət şəkillərdəki qızlar çooox gözəl görünürlər, gözləriniz qamaşmasın, ancaq... :)) Həm sağ tərəfdəki, həm də sol tərəfdəki şəkillərə diqqətlə baxın, yeddi fərqi tapın. :)

2011/05/28

Bu Adamı Qonaqlığa Dəvət Etməyin! (7 Şəkil)

Bu adamı qonaqlığa dəvət etmək qətiyyən olmaz. Oğraş gədə hər şəkili bərbad vəziyyətə salır. :) Əsl bir şəkil düşmənidir! Şəkillərə özünüz də baxın, anlayacaqsınız! :) Xaricdə belələrinə "photobomber" deyirlər. Bunu kim buraxıb axı bura? :)

2011/05/27

Ən Şanslı Heyvanlar (16 Şəkil)

İt-pişiyin bəxtinə bax! :)
Kim onların yerində olmaq istəməzdi ki? :))

Cazibədar Qızlar (43 Şəkil)

Cazibədar qızları xoşlayanlar üçün! :)
Hər zövqə uyğun! :)
16+

2011/05/26

Ən Əxlaqsız Reklamlar (17 Şəkil)

Reklam biznesi ən gəlirli sahələrdən biridir. Lakin heç də bütün reklamlar gəlir gətirmir. Reklam işi ilə məşğul olmaq üçün xüsusi yaradıcılıq qabiliyyətinin olması da vacibdir. Bəzən xüsusi yaradıcılıq qabiliyyəti olmasa da, olar. Məsələn, qızlar biraz daha soyunsa, daha çox diqqət çəkə bilər :) Reklamlar yarıçılpaq qızlarla...
16+

2005-ci İldə Dünyanın Ən Yaxşı Şeiri Seçilib

Tarix boyu qaradərililər ağdərililər tərəfindən aşağılandı, satıldı, döyüldü, öldürüldü, hətta insan yerinə belə qoyulmadılar. Sadəcə qaradərili olduqları üçün. Dərilərinin qara olması, onları bir çox hüquqlardan, bəzi təbii hüquqlardan belə məhrum etdi. Ancaq uzun mübarizələrdən sonra, nəhayət ki, ağdərililərə aid hüquqlara sahib ola bildilər. Bariz nümunəsi isə, ABŞ-dadır. Ancaq onların sahib olduqları hüquqlardan danışarkən "qismən" sözünü də işlətməliyəm! Hələ də bəzi ölkələrdə qaradərililərə sırf qara olduqlarına görə işəgötürərkən və ya başqa hallarda ayrı-seçkilik edirlər.
Şeirdə, bir afrikalı şagirdin qara olmasını fəxrlə ifadə etməsini özündə ehtiva edən bir mövzu əks olunur. Bu qısa şeir 2005-ci ildə Dünyanın ən yaxşı, ən məzmunlu, düşündürücü şeiri seçilmişdir.

2011/05/23

Özəl Məktəblərdə Səhər Yeməkləri (40 Şəkil)

Şəkillərdə Dünyanın dörd bir tərəfindən bir çox aparıcı dövlətlərin, habelə, inkişaf baxımından çox geridə qalmış dövlətlərin özəl məktəblərində səhər üçün şagirdlərə təklif olunan yeməkləri görə bilərsiniz. Bəzi ölkələrdə səhər yeməkləri çox iyrənc görünsə də, bəzilərində isə hətta insan həmin şeyin yemək olduğuna belə şübhə edir...

Təbiəti Məhv Etməyin Nəticəsi (18 Şəkil)

İnsan oğlu doğulduğu andan təbiətlə əlaqəli olmuşdur. Təbiət olmasa, insanlığın da sonu gələr. Bunu insanlar bilə-bilə təbiəti məhv edirlər. Hər gün təbiətə vurulan ziyan ölçüyə gəlməyəcək qədər çox olur. İstər su sahəsinə, istərsə də quru sahəsinə atılan tullantılar artıq pik səviyyədədir. İnsanlar öz yaşadıqları dünyaya qarşı sanki, bir zibillik kimi yanaşırlar. Məhz insanların təbiətə qarşı acımasız münasibəti nəticəsində baş verən təbiət hadisələri təbiətin insanlıqdan intiqamıdır sanki. Şəkillərə yaxşı-yaxşı baxın. Bu şəkillər məhv edilən ekoloji aləmin çox cüzi bir hissəsidir...

2011/05/22

Sadəcə İnanmaq Kifayətdir (11 Şəkil)

İnsan çox şeyə qadirdir, yəni əgər həqiqətən ürəkdən istəsə edə bilməyəcəyi heçnə yoxdur. Bu qız da bir vaxtlar arıqlamağı xəyal edirdi. Nəhayət, onun xəyalı gerçək oldu. Bir il ərzində təxminən çəkisinin yarsından çoxunu itirməyə nail oldu. Əvvəl 100 kg idi onun çəkisi, ancaq indi cəmi 47 kg-dır. Fərqi hiss etmək üçün şəkillərə mütləq nəzər salın. :)

Eyni Yaşlı Dünya Məhşurları (32 Şəkil)

Bütün bu dünya ulduzlarının hansı oxşar cəhətləri var? Onların hamsının eyni yaşı var. Bu, bəlkə də, onların yeganə ortaq cəhətidir. Yaşlarına görə bəziləri çox gənc, bəziləri isə çox qoca görünür. Nəysə, özünüz də bir baxın...

Siqaret Çəkən və Analoqu Olmayan Oran-Qutan (2 Şəkil)

Malayziya zooparkında yaşayan Şirley adındakı bu meymunun çox pis bir vərdişi var. Şirley bir neçə dəfə ona baxmağa gələn ziyarətçilərin əlllərindən atdıqları, ya da ona verdikləri siqareti çəkməyə başlamış və çox bəyənmişdir. İndi isə o, siqaretsiz yaşaya bilməyən bir oran-qutandır. :) Digər pis bir vərdişi isə, turistlərin özləri ilə gətirdikləri içki qablarını onlardan alır və dişləməyə, saqqız kimi çeynəməyə başlayır. Analoqu olmayan bir meymunla tanış oldunuz... :)

Koreya Tələbələrinə İşgəncə (1 Şəkil)

Şəklin adı bəlkə sizə biraz qəribə gələ bilər, ancaq şəkillə bağlı onu deyim ki, özüm qəsdən adı belə seçdim. Çünki orda təhsil sistemində rüşvət olmadığından, tələbələr, xüsusilə də təmbəllik edən tələbələr imtahana az qalmış gecələrini gündüzlərinə qatıb belə çalışmalıdırlar imtahanlardan keçə bilmək üçün. Onlarda alternativ variant yoxdur, tanışlıq söhbəti yoxdur, rüşvət verib can qurtarmaq söhbəti də yoxdur! Təhsil sistemləri güclü olduğuna görə də indi Asiyanın ən inkişaf etmiş dövlətlərindən biri məhz Cənubi Koreyadır.

Onlara Valideyn Deməyə Adamın Dili Gəlmir (18 Şəkil)

Uşaq sahibi olmaq o qədər də çətin deyil. Əsas ən çətin nədir, bilirsinizmi? Həmin uşağın tərbiyəsini həyata keçirə bilmək. Onu gələcək üçün əxlaqlı bir şəxs kimi yetişdirə bilməkdir. Təbii ki, uşağın ilk tərbiyəsi ilə onu dünyaya gətirənlər - valideynləri məşğul olmalıdır. Ancaq şəkillərdən də göründüyü kimi, bu valideynlər, nəinki uşaqlarına tərbiyə verməyə qadirdilər, heç özlərinin tərbiyə, əxlaq, sevgi anlayışlarından anlayışları belə yoxdur. Uşaqlarının həyatını, sağlamlığını təhlükəyə atan, ya da ona spirtli içkilər verən, siqaret təklif edən, böyük və təhlükəli bir yolda təkbaşına buraxanları hansı dillə valideyn adlandırmaq olar?!

Maraqlı və Düşündürücü Görüntülər (14 Şəkil)

Hər gün dünyada o qədər qəribə hadisələr baş verir ki. Ancaq onların hamsını kameralara daşımaq mümkün olmur. Ani bir epizodda baş verən hadisə, ya çox gülməli, əyləndirici, ya da əksinə çox kədərləndirici, necə deyərlər, qan qaraldıcı olur. Bir çox hallarda isə belə şəkillərin çox tərbiyəvi əhəmiyyəti də olur. Sözsüz ki, həmin mahiyyəti başa düşənlərdən gedir söhbət. Buyurun, bütün dünyadan çəkilmiş günün ən maraqlı şəkilləri ilə tanış olun...

İspanyanın və Fransanın Birinci Xanımları (1 Şəkil)

Sol tərəfdəki İspaniyanın, Sağ tərəfdəki Fransa Prezidentinin birinci xanımıdır. Arxadan olan bu görünüşdə hər ikisi əla görünsə də, heç birinin ürək açan xarici gözəllikləri yoxdur! :) İstəsəniz, Google-da axtarıb, baxın! :))

2011/05/21

İrqçilərə Gözəl Bir Dərs (1 Şəkil)

İrqçilərə Gözəl Bir Dərs
Xarici bir sosial şəbəkədə tapdım bu şəkli. Kağızın üzərində yazılanlar həqiqətən çox təsirlidir. Xarici ölkələrdə olanlar olubsa, əminəm ki, əksəriyyətinin yadlarında qara dərililər kobud, mədəniyyətsiz biriləri kimi qalıblar. Ancaq bu şəkildə gördüyünüz kağızın üzərində yazılan yazılar çox maraqlıdır. Tərcüməsi isə belədir: "Uşaqların sənin ABŞ bayrağını oğurladığını gördüm. Bilirəm ki, sən bu ərazidə yaşayan yeganə ağdərili şəxssən. Bizim hamımız eyni deyilik. (hamımız pis insan deyilik mənasında) Bu pulla özünə yeni bir bayraq alarsan..." - Qonşun.
1 Şəkil

Kompüter Başında Siqaret Çəkməyin Zərərləri (1 Şəkil)

Kompüter Başında Siqaret Çəkməyin Zərərləri
Siqaret çəkmək təkcə insanlara ziyan vurmur. Klavyaturaya vurduğu ziyana bir baxın. :) Ona görə də klavyatura başında siqaret çəkməyin, sağlamlığınız bir yana, yazıq klavyaturaya bir şey olmasın. :)
1 Şəkil

Ərəblər Adam Olmayacaqlar?! (1 Şəkil)

Ərəblər Adam Olmayacaqlar?!
Ərəb ölkələrindən birində konfransdır. İmkanlı ərəblər də əyləşiblər onlara danışılanları dinləyirlər. Birdən içəri qəşəng bir qız girir, özü də açıq-saçıq geyimdə. Yanıq ərəblərin də diqqəti dərhal pozulur, hətta lap arxadakılar belə onun arxasına baxmaqdan gözlərini çəkə bilmirlər! Əgib olsun belə ərəblərə! :)
1 Şəkil

Super Mario Həqiqətən Varmış! (1 Şəkil)

Super Mario Həqiqətən Varmış!
Uşaqlıqda hamımız Super Mario oyununu ya oynamışıq, ya da ən azından oynayanları görmüşük. Onun necə görünməsi də hamımızın yadımızdadır təbii ki. (Yadından çıxardanlar, Google Şəkil Axtarma sisteminə müraciət edə bilərlər :) Nəysə, bu şəkili netdə maraqlı bir şeylər axtararkən tapdım, bu adam həqiqətən də Super Mario'nun əsl həyatdakı gerçək formasıdır. Bilmək olmaz, bəlkə yaxın qohumudur? :)
1 Şəkil

Pişik Yatacağı Yeri Yaxşı Bilir :) (1 Şəkil)

Pişik Yatacağı Yeri Yaxşı Bilir :)
Bəlkə də özü bilə-bilə özünü yuxuya verib, ola bilməz? :))
1 Şəkil

Audi yoxsa BMW ? (3 Şəkil)

Audi yoxsa BMW ? 
Bu gözəl Audi R8 Rusiyada bu vəziyyətdə olarkən kameralara yaxalanmışdır. Yəqin ki, sahibinin BMW -ə də çox sevgisi varmış ki, maşın özü Audi ola-ola onu BMW -ə çevirib. Ya da ki, içkili olub maşını belə təhqir edərkən, söhbət ruslardan gedir axı, içkili vəziyyətdə onlardan hər şey gözləmək olar. :)
3 Şəkil

Dünya Dövlətlərinin İnternet Sürətləri və Ödədikləri Məbləğ (1 Şəkil)

Dünya Dövlətlərinin İnternet Sürətləri və Ödədikləri Məbləğ
Sözsüz ki, çoxunuzu maraqlandırar ki, internetin sürəti xaricdə necədir və ya ödədikləri pul nə qədərdir internet xidmətlərinə görə və s. Bu "xəritə"-də sizi maraqlandıran istənilən ölkənin internet sürətini və buna uyğun olaraq da ödədikləri xidmət haqqı ilə tanış ola bilərsiniz. Öncədən onu deyim ki, baxmamışdan qabaq özünüzü hazır vəziyyətə gətirin. Çünki Azərbaycandakı internet sürəti ilə bu şəkildə görəcəyiniz internet sürətləri və xidmət haqqı arasında, necə deyərlər, yerlə göy arasındakı məsafə qədər məsafə var!
1 Şəkil

Kung-Fu Pişik (1 Şəkil)

Kung-Fu Pişik
Yəqin şəkil çəkən adama qarşı kung-fu tətbiq etmək istəyərkən kameralara belə yaxalanıb... :)
Ya da, siçanlara qarşı yeni döyüş sənətlərin öyrənib... :)
Bəlkə də daha bir neçə əlbəyaxa döyüşləri də bilir.. :)
1 Şəkil

2011/05/20

Facebook'dakı və Həyatdakı Fərqimiz (1 Şəkil)

Facebook'dakı və Həyatdakı Fərqimiz
Bu şəkili ilk dəfə görəndə nə qədər güldüyümü bilmirəm indi necə ifadə edim. :) Çox sadə görünüşlü, məhdud rəng çərçivəsində olan bu şəkilin ifadə etdiyi mənaya söz ola bilməz. Sol tərəfdə eyni bir insanın Facebook versiyası, Sağ tərəfində isə orginal versiyası dayanır. Yəqin ki, çoxunuz şəklin ifadə etmək istədiyi mənanı da anladınız artıq. Bizdə də belələri çoxdur. Yalandan Facebook'da, ya da başqa sosial şəbəkələrdə özlərin göylə aparanlar, ancaq əslində 5 qəpiklik dəyəri olmayanlara hamımız rast gəlmişik, sözsüz ki...
1 Şəkil

Serbiyada Ümumilli "Eşşək Yarışları" Bayramı (7 Şəkil)

Serbiyada Ümumilli "Eşşək Yarışları" Bayramı
Serbiyada hər il ənənəvi "Eşşək Yarışları" keçirilir. Bu, artıq onlarda bir bayram kimi də formalaşmışdır. Yarışlar paytaxt Belqraddan 30 km aralıda olan Sakule kəndində keçirilir.
7 Şəkil

Sualtı Dünyada Ən Qəribə Əşyalar (27 Şəkil)

Sualtı Dünyada Ən Qəribə Əşyalar
Suyun altında nə ola bilər ki? Adamın ağlına gələn ilk cavab, təbii ki sualtı canlı dünyası və qayalıqlar olur. Ancaq bu heç də belə deyil. Suyun altı həm də insanlar üçün bir ambar rolunu oynayır. Bütün köhnəlmiş və artıq istifadəyə yararlı olmayan, həmçinin quruda basdırılması mümkün olmayan əşyalar suyun altına göndərilir. Burada onlar həm gözəl mənzərə sərgiləyir, həm də sualtı dünyasının canlı üzvləri üçün yeni evlər kimi mövcud olurlar. Məsələn, hər il xeyli sayda köhnəlmiş və istifadəsi mümkün olmayan gəmilər, abidələr, habelə hərbi sursatlar suyun altına buraxılır.
27 Şəkil

2011/05/19

Dünyanın Tərk Edilmiş 10 Ən Xaraba Şəhəri (10 Şəkil)

Dünyanın Tərk Edilmiş 10 Ən Xaraba Şəhəri
Elə şəhərlər olur ki, onlarda bir vaxtlar həyat varkən, insanlar normal şəkildə yaşayarkən birdən-birə hər şey alt-üst olur. Hər şey məhv olur, insanlar bərbad vəziyyətə düşmüş yeri - şəhəri tərk etməli olurlar. Nəticədə isə bir vaxt həyat qaynayan bir şəhər artıq sahibsiz, kimsəsiz sadəcə daşlardan ibarət olan bir yerə çevrilir. İngilis dilində belə şəhərlərə "ghost city" deyilir. Yəni ruhların yaşadığı şəhər məmasını verir. Dünyanın o tərəfindən bu tərəfinə kimi hər tərəfdə belə şəhərlərə rast gəlmək mümkündür. Keçmiş svilizasiyaları özlərində əks etdirir o şəhərlər. Bəziləri təbiət hadisələri nəticəsində, bəziləri müharibələr nəticəsində, bəziləri insanların sadəcə məsuliyyətsiliyi ucbatından tərk edilmişdir...
10 Şəkil 

Qəzaya Uğramış Super Avtomobillər (24 Şəkil)

Qəzaya Uğramış Super Avtomobillər
Qəza törətmiş bu avtomobillərə baxmağa adamın ürəyi gəlmir. :)
Bu gözəllikdə maşınları da bu günə qoymaq olar? - Günahdır, günah! :)
24 Şəkil

NATO Ordularının Əfqanıstan Səmalarından Çəkdikləri Görüntülər (28 Şəkil)

NATO Ordularının Əfqanıstan Səmalarından Çəkdikləri Görüntülər
10 ilə yaxındır ki, ABŞ başda olmaqla bir çox dövlətlərin hərbi dəstələri Əfqanıstanda guya demokratiyanın bərqərar olması və terrorçuların ölkədən təmizlənməsi uğrunda mübarizə aparır. Bu müddət ərzində buna nə qədər nail olmuşlar, hər şey göz qabağındadır. Şəkillərdə Əfqanıstan səmalarında birləşmiş qüvvələrin helikopterlərindən çəkmiş olduqları görüntüləri görəcəksiniz.
28 Şəkil

Bir-Birilərinə Əla Yaraşırlar (3 Şəkil)

Bir-Birilərinə Əla Yaraşırlar
Hər ikisi silikonlanmış bədənlərini nümayiş etdirirlər. Hər ikisi saxta bədənə malikdirlər. 
Nə soldakının o boyda əzələsi var, nə də sağdakının o boyda sinəsi var! :)
3 Şəkil

2011-ci İlin 10 Ən Lüks və Güclü Brendləri (10 Şəkil)

2011-ci İlin 10 Ən Lüks və Güclü Brendləri
2011-ci il üçün istər insanlar tərəfindən olan diqqətə və marağa görə, istər keyfiyyətə görə, istərsə də, sahib olduğu maliyyə vəsaitlərinə görə bu ilin ən super brendlərini müəyyənləşdirmək mümkündür!
10 Şəkil

Əvvəlki Dövrlərdə Diş Həkimlərinin Ləvazimatları (15 Şəkil)

Əvvəlki Dövrlərdə Diş Həkimlərinin Ləvazimatları
Qədim dövrlərdə texnika indiki səviyyədə inkişaf etməmişdi. Tibb işçiləri də əməliyyatlar zamanı, habelə diş həkimləri də xəstələrin dişlərini müalicə edən zaman indi bizə qəribə və ürküdücü gələn alətlərdən istifadə edirdilər. Alətlərin nə qədər ürküdücü olduğunu görmək üçün onlara sadəcə nəzər salmaq da kifayətdir. Keçmişdə həmin alətlərdən istifadə zamanı xəstələrdən çıxan səsləri sanki adamın qulaqları eşidir bu qorxlu ləvazimatlara baxan zaman. Yaxşı ki, həmin dövrdə yaşamamışıq demək üçün maraqlı bir səbəbdir. :)
15 Şəkil

Həyatda Hər Şey Dəyişir və İnkişaf Edir (28 Şəkil)

Həyatda Hər Şey Dəyişir və İnkişaf Edir
Tarix boyu inkişaf olmuşdur. Baxmayaraq ki, bu inkişaf ya müəyyən mədəniyyətləri ya geriyə doğru aparmış, ya da əksinə irəli aparmışdır. İnkişafın getməsindən də asılı olaraq bizi əhatə edən hər şey və hər kəs də dəyişmişdir. Şəkillərdə əsas mövzu da, zaman keçdikcə meydana çıxan dəyişikliklər və onların müasir zamanın tələbinə cavab verib-verməməsidir. Məsələn, tarix boyu şahmat oyunu dünyanın 1 nömrəli strategiya oyunu hesab olunmasına baxmayaraq, indi bu oyun yerini kompüter və digər elektronik əşyalar vasitəsi ilə oynanılan strategiya oyunlarına vermişdir. Təbii ki, oyunlara göstərilən maraqda da ciddi fərq vardır. Kompüter oyunlarına olan maraq daha güclüdür. Eyni zamanda bu kimi fərqləri digər şəkillərdə də görməniz mümkündür. Bir zamanlar insana ən mükəmməl kimi gələn və dəyişikliyə uğraması inanılmaz hesab edilən hər şey dəyişir, fərqliləşir, ya da ümumiyyətlə məhv olur. Adicə dünənizə və bu gününüzə belə nəzər salsanız, nələrinsə artıq dəyişdiyinin şahidi ola bilərsiniz. Həyatda olan hər şey nisbidir!
28 Şəkil

Braziliyada Bir Həbsxana (24 Şəkil)

Braziliyada Bir Həbsxana
Brazilyada əhalinin maddi cəhətdən yaxşı təmin olunmuş hissəsi ilə, maddi cəhəti bərbad olan hissəsi arasında çox ciddi uçurum var. Milli gəlirin qeyri-bərabər bölünməsinə görə Brazilya bu siyahıdakı öndə gedən ölkələrdən biridir. İnsanların çox hissəsi olduqca yoxsul olduğundan cinayi xarakterli davranışlara da tez-tez yol verirlər. Onlara qarşı isə hökümətin münasibəti çox sərt olur. Belə ki, məhkum olunanların sayının çox olması və yeni həbsxanalara ehtiyac olmasına baxmayaraq, hökümət qəsdən yeni həbsxanaların tikilişini ləngidir. İnsanları kütləvi şəkildə eyni bir hücrədə saxlanılırlar. Məhkumlara olan belə vəhşi münasibət çox təşkilat tərəfindən qınansa da, yenə də dəyişən ciddi nəsə yoxdur. Brazilya həbsxanalarında tez-tez üsyanlar da baş verir. Polislərin savadsız olması, məhkumlara işgəncə verilməsi, onların şərəf və ləyaqətinin alçaldılması məhkumları toplu şəkildə ayağa qalxmağa sövq edir ki, hər üsyan nəticəsində də, həm məhkumlar tərəfindən, həm də polis tərəfindən xeyli itkilər olur. Digər tərəfdən, Brazilya gecəqondularunda xalqı dövlətdən müdafiə etdiyini iddia edən xeyli sayda cinayətkar dəstələr də vardır və əsasən, kasıbların yaşadığı gecəqondulardakı insanlar da bu cinayətkar birliklərə dəstək verirlər. PCC 1992-ci ildə yaradılmışdır, Tauba həbsxanasındakı üsyanın polis tərəfindən zor gücünə və amansızlıqla yatırılmasından sonra, məhkumların vahid yerdən idarə olunması və üsyanın daha güclü şəkildə keçirilməsi üçün təşkil edilmiş cinayətkar birliklərdən biri idi. 2008-ci il statistikasına əsasən, Brazilyada 500.000 məhkum var idi. İndi isə bu rəqəmin 750.000-800.000 olduğu təxmin edilir. Brazilyada məhkumlar o qədər çoxdur ki, əslində hər 15 gündən bir yeni bir həbsxana inşa edilməldir. Hazırkı həbsxanaların böyük əksəriyyətindəki durum çox pisdir. Həbsxanalar qaranlıq, rütubətli, pis qoxuludur. Sanki feodalizm dövründəki zindanları xatırladır. Son olaraq onu da qeyd edim ki, Brazilya məhkəmələri nadir hallarda orta təbəqədən və yuxarı təbəqədən kiminsə barəsində azadlıqdan məhrum etməklə bağlı hökm çıxardırlar.
24 Şəkil

2011/05/18

Qurbağaların Nə Qədər Rəngi Var? (14 Şəkil)

Qurbağaların Nə Qədər Rəngi Var?
Fotoqraf Angie Nelson İngiltərədə özünün də yaşadığı Bristol şəhərindəki bir-birindən fərqli qurbağaların şəklini çəkməyə başladı. Şəkilləri çəkərkən önəm verdiyi ən əsas şey onların rənginin şəkildə aydın görünməsi idi. Çünki sırf rəng kriteriyasına əsasən şəkilləri çəkirdi. İstədiyinə də nail oldu. Bir-birindən maraqlı görüntülər əldə etdi və onları topladı. Ancaq təəssüf ki, sonra sağalmaz bir xəstəliyə tutuldu və evindən çölə çıxa bilməyəcək qədər xəstədir. :(
14 Şəkil

Velosiped Oğrularından Müdafiə Olunmaq Üçün Ən Yaxşı Vasitə (5 Şəkil)

Velosiped Oğrularından Müdafiə Olunmaq Üçün Ən Yaxşı Vasitə
ABŞ-da peşmansan bir yerdə velosipedini saxlayıb 5 dəqiqəlik başqa yerə getməyə. Çünki əgər təhlükəsizliyi yoxdursa, 100% əmin ola bilərsiniz ki, geri qayıtdıqdan sonra yerində olmayacaq. :) Bu şəkilləri çəkilən velosipedin sahibi isə çox ağıllıdı, hiss olunur. Görün, velosipedi hara bağlayıb - arıların olduğu, pətək qurduğu bir yerə. :) Görünür, velosipedini canından daha çox istəyir. Özünü təhlükəyə atmağa razıdı, ama velosipedini oğurlatmağa yox! :)
5 Şəkil

Dünya Ulduzları Anaları İlə Birlikdə (12 Şəkil)

Dünya Ulduzları Anaları İlə Birlikdə
İncəsənət sahəsində öz bacarıqları və qabiliyyətləri ilə bütün dünyada yaxşı tanınmış aktyorlar, müğənnilər öz anaları ilə birlikdə olarkən şəkilləri çəkilmiş və LİFE jurnalında onlara yer ayrılmışdır.
12 Şəkil

2011/05/17

Facebook'a Bənzər Ən Maraqlı Saytlar (6 Şəkil)

Facebook'a Bənzər Ən Maraqlı Saytlar
Çox adam belə düşünür ki, Facebook internet tarixindəki ən əvəzedilməz saytdır. Özlərinə görə onlar 100% haqlıdırlar. Hətta Facebook'a Google'dan daha çox önəm verən yüzminlərlə insan var. O qədər insan var ki, onlar həftələrlə, aylarla Google'dan istifadə etməsələr belə, Facebook'suz keçən günləri olmur. Ancaq hələ də elə insanlar var ki, onlar Facebook'dan daha çox xidmət gözləyir, daha fərqli bir şeylərin olmasını istəyirlər. Bir müddət sonra isə bu eynilik onları sıxır və Facebook artıq elələri üçün ən maraqlı saytdan ən darıxdırıcı bir sayta çevrilir. Bu zaman da belə bir sual meydana çıxır: "Görəsən, Facebook qədər maraqlı olan və ona bənzəyən başqa saytlar da mövcuddurmu?"" - Cavab: "Bəli, yüzlərlə belə sayt vardır".
Əsasən də, bu saytları o insanlar istifadə edir ki, onlar internetdə tanış olmağı xoşlayırlar. yaxud dil öyrənmək üçün yeni dostlar axtarışındadırlar, yaxud Facebook'dan bezmişlər və bir müddət yeni bir tanışlıq saytında və ya sosial şəbəkədə boş vaxtlarını keçirdirlər... 
6 Şəkil

Google'da Casusluq Etmək İstəyənlər? :) (10 Şəkil)

Google'da Casusluq Etmək İstəyənlər? :)
Bəlkə də, bir çoxunuz bunu bilirsiniz. Ancaq mən yenə də bilməyənlər üçün izahlı formada göstərim, dedim. :) Demək, Google bir çox yerlərdə kameralar quraşdırmışdır ki, bu kameralar vasitəsi ilə səkiləri, meydanları, küçələri və küçələrdə olan istənilən əşyaları, habelə insanları canlı şəkildə rahatlıqla görmək mümkündür. Google'un təklif etdiyi bu xidmətin mübahisələndirilməsinə baxmayaraq, hələ də xidmət mövcuddur. Ona görə bir qrup insanlar tərəfindən bəyənilmir ki, onlar hər an başqaları tərəfindən görülürlər və bunu onların şəxsi həyatına müdaxilə kimi qiymətləndirirlər. Hətta insanların küçədə nə etdiklərini belə görmək mümkündür.  Bəzi insanlar da, onlara məxsus olan xüsusi mülkiyyətlərin başqaları tərəfindən görülməsini istəmir. İnsanları küçədə "çox səmimi" şəkildə, həmçinin "xoşagəlməz" vəziyyətlərdə canlı formada görə bilərsiniz. Dəfələrlə bu xidmətə görə Google məhkəməyə verilmiş, ancaq çox hallarda güclü hüquqşünaslarının hesabına canını təzminatsız qurtara bilmişdir.
10 Şəkil

2011/05/16

İnsan Bədənində Tapılan Ən Qəribə Əşyalar (5 Şəkil)

İnsan Bədənində Tapılan Ən Qəribə Əşyalar
Boş yerə deməyiblər ki, insanın başına nə gəlirsə, elə diqqətsizlikdən, ehtiyatsızlıqdan, məsuliyyətsizlikdən gəlir. Onların da başına gələn hadisələr məhz ya özlərinin, ya da başqalarının səhvi ucbatından olub. Bəzilərinin bədənində əməliyyat zamanı qayçı unudulub, bəziləri burnunda mismarla yaşayıb, bəzilərinin bədənində bitki bitib və s... Ancaq gerçək olan bir şey var ki, onların hamsı ölmədikləri üçün çox şanslıdırlar!
5 Şəkil

10 Ən Maraqlı Facebook Aksesuarları (10 Şəkil)


10 Ən Maraqlı Facebook Aksesuarları
Facebook`un nə qədər çox sevəni varmış :)
Şəkillərdə facebook'a sevgisini ifadə edən insanları, daha doğrusu onların əşyalarını görəcəksiniz. Nə qədər maraqlı belə olsa, 
aralarında facebook'u döymə kimi istifadə edənlər belə var... :)
10 Şəkil

2011/05/15

12 Ən Qorxusuz Təmizlikçi (12 Şəkil)

12 Ən Qorxusuz Təmizlikçi
Çox az insan tapılar ki, işə çox ehtiyacı olsun, ancaq özü işləmək istəməsin. Tapılsa belə, elə insanlarda, məncə, nəsə psixoloji problemlərin olduğu dəqiqdir. Şəkillərdə görəcəyiniz adamların bəziləri sırf işini görür bir neçə yüz metr yerdən uzaqda, bəziləri isə, yüksəkmərtəbəli binalarda mənzilinin şüşələrini təmizləyirlər. Maraqlıdır ki, onların hər biri, bu təmizliyi həyatlarını riskə atmaq bahasına edirlər. Bəlkə də, onlar işlərinə o qədər həvəslə (ya da həvəssiz) bağlanmışlar ki, bu təmizliyi həyata keçirən zaman, ölmək, qorxmaq, yıxılmaq və s. anlayışları ağıllarından belə keçirmirlər. Bu təmizlikçilər üçün ən vacib olanı, üzərlərinə düşən işi yerinə yetirməkdir...
12 Şəkil

Rio da Janeyro Şəhərində Narkobaronlarla Polis Arasında Müharibə (35 Şəkil)

Rio da Janeyro Şəhərində Narkobaronlarla Polis Arasında Müharibə
2016-cı ildə Olimpiya Oyunlarının keçiriləcəyi bu şəhərə, xoş gəlmisiniz! Bunu nəzərə alan hökümət şəhərdəki mafiyoz qruplaşmalarla ciddi şəkildə mübarizəyə başladı. Yüzlərlə hərbçi və polis, əsasən şəhərin xarabalıqlarnda, gecəqondularında və aşağı təbəqənin evlərinin yerləşdiyi məkanlarda gizlənmiş narkobaronlarla, sözün əsl mənasında, müharibəyə başladı. Bu fotolar də həmin mübarizəni əks etdirən minlərcə şəkildən sadəcə bir neçəsidir. Şəkillərin çəkildiyi gün 12 nəfər həlak oldu. 1 Polis vertalyotu vuruldu. 8 avtobus və 1 məktəb binası isə yandırıldı. Şəhərə dəyən maddi ziyan milyon dollarlara bərabərdir. Narkobaronlara qarşı mübarizə indi də davam edir.
35 Şəkil

Çində Ekoloji Çirklənmənin Səviyyəsi və Buradakı İnsanların Həyatı (40 Şəkil)

Çində Ekoloji Çirklənmənin Səviyyəsi və Buradakı İnsanların Həyatı
Şəkillərin müəllifi Çindən olan China Lu Gang adlı fotoqrafdır. Şəkilləri çəkərkən heç düşünməmişdi ki, bu şəkillər ona böyük şöhrət qazandıracaq. Tək məqsədi Çindəki ekoloji vəziyyəti, durumu beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bu şəkillər isə ona 14 oktaybr, 2009-cu ildə məhşurluq gətirməklə bərabər, həm də 30.000$ mükafat qazandırdı...
Çin dünyada ən çox insanın yaşadığı dövlətdir. Təbii ki, çox insanın olduğu yerdə çox da problemin olması labüddür. Hər baxımdan; istər iqtisadi, istər siyasi, istər mədəni, istər sosial, istərsə də ekoloji sahədə problemlər mövcuddur Çində. Bu siyahını xeyli uzatmaq da olar. Çindəki digər problemlərlə bərabər xüsusi vurğulanmalı olan onun ekoloji vəziyyətidir. Hazırda Çin dünyaya ən çox mal ixrac edən dövlət hesab edilir. Əlbəttə bu məhsulların çox hissəsi xüsusu fabriklərdə, zavodlarda və s. müəssisələrdə hazırlanır. Onların hazırlanmasına və istehsalına isə milyonlarca insan cəlb olunur. Əmək sahəsində də ciddi rəqabət gedir. Hər işəgötürən çalışır ki, minimum əmək haqqı ilə ona lazım olan işləri gördürsün. İnsanlar çox olduğundan məcbur olurlar çox vaxt ən aşağı məbləğdə əmək haqqına belə razı olub ən ağır şəraitlərdə işləyirlər. Qazancları isə onların günlük tələbatlarını ancaq ödəyə bilir. Üstəlik burada onlar həyat və sağlamlıqlarını da itirirlər. Dəfələrlə yəqin ki siz də kütləvi informasiya vasitələrində Çində xeyli insanların öz əmək fəaliyyətlərini yerinə yetirən zaman həlak olduğu barədə məlumatları oxumusunuz. Bəli, bunun bir nömrəli səbəbi, əksəriyyət müəssisələrdə əməyin bərbad vəziyyətdə təşkil olunmasıdır. Ekoloji vəziyyətin istehsalatın hesabına arzuolunmaz hala düşməsi flora və faunanı bərbad duruma gətirməklə yanaşı, insanların sağlamlığına da olduqca pis təsir göstərir. Buna görə də hər il Çində minlərcə ciddi fiziki qüsurları olan uşaqlar doğulur. Ekologiyaya vurulan ziyanı öz gözünüzlə görün. Hər şəklin üstündə ingiliscə izahı da verilmişdir, ingiliscə bilənlər üçün maraqlı olacaqdır deyə düşündüm!
40 Şəkil

Dünyada Ən Çox İnsan Hansı Dövlətlərdə Yaşayır? (10 Şəkil)

Dünyada Ən Çox İnsan Hansı Dövlətlərdə Yaşayır?
Dünyada ən çox insanın hansı dövlətlərdə yaşamağı hər zaman maraq mövzusu olur. Görəsən, xarici dövlətlərdə nə qədər adam yaşayır kimi sualları bəzən veririk bir-birimizə? Siyahıda  ən çox əhalisi olan tam 10 dövlət göstərilib. Statistika isə 2009 və 2010-cu illərə əsasən aparılıb.
10 Şəkil

2011/05/14

Dünyanın Ən Böyük Mobil Operatorları (10 Şəkil)

Dünyanın Ən Böyük Mobil Operatorları
Bu siyahıda siz dünyanın ən böyük mobil operatorları ilə tanış olacaqsınız. İstər şirkətlərin böyüklüyü ilə, istərsə də üzvlərinin sayı ilə dünyaya liderlik edirlər. Təbii ki, təklif etdikləri xidmətin keyfiyyətinə də söz ola bilməz. :)
10 Şəkil

Dünya Dövlətləri - Paytaxtları - Valyutaları - Səfirlikləri (10 Şəkil)

Dövlətlər - Paytaxtları - Valyutaları - Səfirlikləri
Dünyanın bütün ölkələrinin adları, paytaxtları, valyutaları və səfirliklərinin internet adresi bir arada tapdım, topladım. :) Xaricə tez-tez səfər edənlər üçün və ümumiyyətlə dünya görüşünü genişləndirməyi xoşlayanlar üçün maraqlı bir arxiv olacaq. İstərdim ki, yazı şəklində olsun və siz də istədiyiniz zaman asanlıqla kopyalayıb istifadə edə biləsiniz, ancaq təəssüf ki, hələ şəkil formasında əldə etməyim belə çətinliklə oldu. Buna da şükür. :)
10 Şəkil

2010-cu İldə Heyvanlar Aləmindən Çəkilmiş Ən Yaxşı Şəkillər (20 Şəkil)

2010-cu İldə Heyvanlar Aləmindən Çəkilmiş Ən Yaxşı Şəkillər
Heyvanlar dünyasına səyahət etmək istəyənlər üçün maraqlı şəkillər olacaqdır. :) 2010-cu ildə müxtəlif ölkələrdə, müxtəlif vaxtlarda çəkilmiş ən maraqlı görüntülər bir arada. Əksəriyyət şəkillər məhz heyvanların ovlanması zamanı çəkilmişdir, buna görə də heyvanlara yazığınız gəlməsin. :)
20 Şəkil

ShareThis