2011/06/23

Facebook'da Səni Kimin Dostluqdan Sildiyini Öyrən! (1 Şəkil)

Facebook istifadəçisi olan hər bir kəs bilmək istəyir ki, dostluq listində olanlardan kim onu silmişdir. Əslində bunu bilmək onun haqqıdır. Ancaq nədənsə Facebook rəsmi olaraq bu cür xidməti istifadəçilər üçün təqdim etmir. Bəlkə də, bu xidməti aktiv etsə, ondan sonra yaranacaq dava-dalaşları, qırğınları, söyüşləri düşünür. :) İndi bəzilərinin ürəyindən Mail.ru keçir. Fikirləşirlər ki, "heyif deyildi, kimsə silən kimi birbaşa xəbərdarlıq gəlirdi, söhbəti çürüdürdük". :) Ancaq bəzi yollarla da olsa, Facebook-da da kim tərəfindən silindiyinin öyrənilməsi mümkündür. 
Hətta bir çox hallarda insanların bu zəif nöqtəsindən istifadə edən dələduzlar müxtəlif bəhanə və vədlərlərlə insanları aldadaraq bu tipli saxta səhifələrə üzv edirlər və onlardan nələrisə "like" etməyi tələb edirlər və s., lakin nəticə etibarı ilə də həmin istifadəçi istədiyinə nail ola bilmir və səhifə rəhbərliyi tərəfindən xidmətin guya yaxında düzələcəyi ilə bağlı "səbr edin" mesajları onların gözlərini mazol edir.
Sözün düzünə qalsa, mənim Facebook'da dostluq listimdəki dostların sayı azdır və onları yadda saxlamaq o qədər də çətinlik törətməz. Ancaq mən dost siyahısı "dolub-daşanları" düşündüm, dedim Google-a bir "baş vurum", bəlkə axtardığımı tapa bildim. 10-15 dəqiqə çəkən axtarış uğurlu nəticə verdi. İdeyanı beynimə "soxan" isə Facebook'a "fake" olaraq ad-san salan "Elnarə Milli" oldu. Elnarənin fəxrlə onu silən istənilən şəxsləri anında təsbit etməsi, guya qulaqlarından tutub həmin adamları dostluq siyahısına geriyə gətirməsi nağıllarını oxuyub biraz güldükdən sonra, axtarışa daha həvəslə başladım. Elnarənin bu xidmət üçün məsləhət gördüyü linkləri yoxladım və hər biri uğursuz oldu. Faktik olaraq işləmirdilər, ancaq Elnarə inadla işlədiklərini deyirdi. Nəysə, Elnarə ilə sözümüz bir az çəp gəldi, bəzi linklərində də şərh yazdım və görünür ki, mənim şərhlərimi bəyənməyib və məni silmək qərarına gəlib və silib. Biraz bundan əvvələ qədər sildiyini bilmirdim, ancaq tapdığım yeni variant sayəsində, öyrənə bildim. 

Aşağıdakı Şəkilə Diqqətlə Baxın! :)

(üzərinə tıklayaraq, böyük ölçüdə baxa bilərsiniz)



Nəysə, indi gələk bunu necə öyrənə bildiyimə. Mənim istifadə etdiyim internet səyyahının adı çoxunuza qəribə gələcək yəqin ki, çünki eşitməmisiniz. "Comodo Dragon". "Google Chrome" proqramına çox yaxındır və "Chrome" üçün olan bütün əlavələr elə onun üçün də işləyir. Sizin etməli olduğunuz sadəcə həmin əlavəni yükləmək olacaqdır. Buradan yükləyin. Tamamilə pulsuzdur. Dostluq siyahınızda müəyyən dəyişiklik olduğu andan bir neçə saat ərzində sizə müvafiq bildiriş bu şəkildə veriləcəkdir. Lakin qeyd etməliyəm ki, bu əlavə sadəcə və sadəcə Comodo Dragon və ya Google Chrome internet səyyahları üçün nəzərdə tutulmuşdur. Əgər dostluq siyahınızda dəyişiklik olub-olmamasını bilmək istəyirsinizsə, bu proqramlardan birindən istifadə edin. Yaxşı olardı ki, əlavəni yükləməmişdən öncə Facebook hesabınıza daxil olmuş olasınız. Sonda onu da qeyd edim ki, xidmətin hansı müddətə işləyəcəyini deyə bilmirəm. Bu məndən yox, tamamilə həmin əlavənin istehsalçısından asılıdır. Ümid edək ki, uzunömürlü olar. Uğurlar. :)



Yenilənmə - 30.08.2012



Təəssüflər olsun ki, yuxarıda göstərilən sistem qeyri-müəyyən müddətə işləmir. Buna baxmayaraq, mən sizə özümün də hazırda istifadə ediyim alternativ bir variant da təqdim etmək istəyirəm. Demək, Who.Deleted.Me saytına girib, orada Facebook hesabınıza daxil olursunuz və sayt sizə öncədən bildirmək şərti ilə bəzi vacib məlumatlarınızı, o cümlədən də, dostluq siyahınızda olan insanların siyahısını "yaddaşında" saxlamalı olduğunu bildirir. Bunu qəbul etdikdən sonra Facebook'da qeydiyyatdan keçdiyiniz e-mail ünvanına dostluq siyahınızda hər hansı dəyişiklik (sizi kimsə sildiyi yaxud dostluq siyahınıza yeni biri daxil olduğu təqdirdə) baş verdiyi halda informasiya göndərilir və siz yuxarıda qeyd etdiyim sayta daxil olaraq yeniliklərlə tanış olmaq imkanı əldə etmiş olursunuz.

Analoqu olmayan bu yazı ilk dəfə bu bloqda yayımlanmışdır. Mənbə göstərmədən əkişdirənlər, özlərini kişi saymasınlar. Kişi oğurluq etməz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis